İnformasiya texnologiyaları

Azərbaycan Respublikası, Təhsil Nazirliyi

2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı. Biz təmannasız olaraq 220 saylı məktəb-litseyin bir sinif otağını Windows 8 əməliyyat sistemi əsasında planşet-transformerlərlə və müəlliməni isə noutbuk-transformerlə  təmin etdik. Ardınca isə respublikadakı məktəblərin kompüterlərlə təchizatı üçün danışıqlar apararaq, 2014-cü ilin sonlarında dekabr ayında respublikadakı 550 orta ümumtəhsil məktəbin 6000 ədəd monoblokla təchizatına dair təxminən 4 milyon dollar dəyərində olan müqaviləni imzaladıq.  Aztech bazarda ən münasib qiymətə ən müasir modeli təklif etmişdir.   

Azərbaycan Respublikası, Prezident Aparatı (əsas podratçı Delta Telecom)

2014-cü ildə mərkəzi və regional icra orqanlarının birgə fəaliyyətinin optimallaşdırılması məqsədilə, Full High Definition ilə 100 abonent üçün video konfrans infrastrukturunun yaradılması layihəsi reallaşdırıldı. Hazırki layihə çərçivəsində, Aztech şirkətlər qrupundan biri 1 000 000 dollar dəyərində olan video konfrans avadanlığının təchizatına dair subpodratçı seçildi.  Bizim iştirakımız ilə layihənin ilkin smetası azaldılmış, gördüyümüz işin keyfiyyət və funksionallığı isə layihənin əsas podratçısı tərəfindən yüksək qiymətləndirilmişdir. 

Azərbaycan Respublikası, Dövlət Statistika Komitəsi

2003-cü ildən bugünə kimi Aztech müxtəlif dövlət proqramları və layihələr çərçivəsində bu təşkilata 2000-dən artıq kompüter və noutbuk, yüzlərlə printer və onlarla server təchiz etmişdir. Ölkənin kənd təsərrüfatı sektorunun siyahıya alınması üçün dövlət proqramı çərçivəsində 2015-ci ilin yay aylarında növbəti dəfə təqribən 400 monoblok təchiz olunub. 

Azərbaycan Beynəlxalq Bankı

2002-ci ildən bugünə kimi Aztech Qafqazın ən böyük bankına 2000-dən artıq kompüter və noutbuk, yüzlərlə printer və onlarla server təchiz etmişdir. Hər zaman münasib təklif verməklə yanaşı, biz banka ən operativ və çevik servis xidməti göstəririk. 2015-ci ildə bankın yeni binası da tərəfimizdən monobloklarla təchiz olunmuşdur. 

Accessbank (Personal Kompüter)

2014-2015-ci illərdə mövcud infratstrukturun yenilənməsi və yeni filialların təchizatı layihəsi çərçivəsində biz banka 500 ədədə yaxın monoblok təhvil verdik.  Hər bir tenderdə bizim təklifimiz qiymətinə görə ən münasib seçilirdi, eləcə də bank bizim anbarda geniş çeşiddə modellərin olmasını və surətli çatdırılmanı təşkil etməyimizi yüksək qiymətləndirirdi.  

Azərtürkbank

2015-ci ildə bank Aztechi  personal kompüterlərin ən münasib təchizatçısı seçərək, əməkdaşlıq çərçivəsində təxminən 200 ədəd monoblok, personal kompüter və noutbuk təchiz edildi.  

“UZAVTOSANOAT” SK

Özbəkistan inteqratoru “SKS” şirkəti ilə əməkdaşlıq çərçivəsində video konfrans infrastrukturu ilə təchiz edildi ki, bu da təşkilatın bütün strukturları arasında müzakirə və qərarvermə prosesini optimallaşdırmağa imkan verdi. 

Qırğızıstanın Maliyyə Nazirliyi

2013-cü ildə  yerli partnyorumuz olan Atehsis Qırğızıstan şirkəti ilə uğurlu əməkdaşlığımız sayəsində daha bir önəmli sifarişçi video konfrans infrastrukturu ilə təchiz edildi. 

Qırğızıstanın Baş Prokurorluğu

2012-ci ildə BMT-nin İnkişaf Proqramı  layihəsi çərçivəsində bizim Qırğızıstandakı partnyor şirkət Atehsis tenderdə qalib gələrək, bizim köməyimizlə 10 regional strukturu video konfrans avadanlığı ilə təchiz etdi. Həmin layihə Dünya Bankı tərəfindən layihələşdirilirdi. 

Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Video Konfrans)

2011-ci ildə Aztech nazirliyin 40 regional idarəsi üçün video konfrans infrastrukturunun yaradılması layihəsində subpodratçı kimi iştirak etdi. High Definition səviyyəsində çox nöqtəli  sistem yaradılmış və bütün regionlarda lazımi avadanlıqlar quraşdırılmışdır. Layihənin ümumi dəyəri  təxminən 1 000 000 dollar idi.  

Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Data Sistemi)

2010-cu ildə Dünya Bankının layihəsi çərçivəsində server strukturunun təchizatına dair açıq tenderdə qalib gəldik. Nazirlik ən qabaqcıq blade serverlərlə, high-end class Data Saxlama Mərkəzi və Oracle məlumat bazası ilə təmin olundu. Sözügedən infrastruktur üzərində  SAP və EMC Documentum proqramları quruldu. Müqavilənin dəyəri yarım milyondan artıq idi. 

Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Personal Kompüter)

2005, 2006, 2011-ci illərdə Dünya Bankının açıq tenderi çərçivəsində Nazirliyə ümumi dəyəri təxminən 3,000,500.00 Dollar olan 3000 kompüter və noutbuk, 100 başlanğıc səviyyəli server, eləcə də 1000-dən artıq periferiya avadanlığı təhvil verilmişdir.  

Accessbank (DSS)

2009-cu ildə biz bu banka deduplikasiya -  EMC Avamar kimi ən son  rezerv nüsxələmə sistemini təchiz etdik.  Accessbank təklif olunan həllin bütün üstünlüklərini qiymətləndirərək, Azərbaycanda belə sistemin ilk sifarişçisi olmuşdur. 

Azərbaycan Respublikası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzi

2009-cu ildə “Elektron İmza” Layihəsi çərçivəsində Aztech plastik kartların buraxılışı və personalizasiyası üçün tam infrastrukturu təchiz etdi. 

Azərbaycan Respublikası, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

2007-2009-cu illərdə sözügedən təşkilatın müxtəlif strukturları yüzlərlə kompüter, qrafik stansiya və noutbuklar, onlarla server və yüzlərlə periferiya avadanlığı ilə təchiz edilmişdir. 

Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyi (Siemens)

2007-ci ildə Siemens Enterprise şirkəti çağrı mərkəzinin avtomatlaşdırılması sisteminin yaradılması üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə çoxmilyonlu müqavilə imzaladı. Belə mürəkkəb layihə çərçivəsində Aztech İT infrastrukturla əlaqəli olan bütün işlərin icrasına dair “Siemens Enterprise”ın subpodratçısı olmuşdur. Əsas podratçı görülən işlərin keyfiyyətini yüksək qiymətləndirdi.

Azərbaycan Respublikası, Bakcell

2006-2007-ci illərdə Azərbaycanda mobil rabitənin pioneri olaraq Bakcellə EMC istehsalı olan bir neçə Data Saxlanma Sistemləri (DSS) təchiz edildi.  Operator təchiz olunan sistemlərin əsasında öz mükəmməl Data Mərkəzini yarada bildi.  

Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi

2005-ci ildə Avropa təşkilatı olan TACIS proqramı çərçivəsində tenderdə iştirak edərək, biz müqavilə bağladıq və Məkhəmə Həllərinin İcrası Departamenti üçün ümumi dəyəri təxminən 350000 dollar olan çox profilli kompüter avadanlığının təchizatını reallaşdırdıq. 

Azərbaycan Respublikası, Müdafiə Nazirliyi (Bibiheybət Poliqonu)

2004-cü ildə NATO-nun “Cooperative Best Effort” hərbi təlimlər proqramı çərçivəsində ümumi dəyəri 200 000 dollar olan müxtəlif kompüter və periferiya avadanlığı təchiz edildi. 

Azərbaycan Respublikası, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Biz fəxr edirik ki, ilk ən böyük özəl təhsil kompleksini müasir İT avadanlıqla tam təchiz edə bildik. Sifarişçi ilə müqavilə kompleksin açılışından öncə təhsil mövsümünün açılışına cəmi 3-4 həftə qalmış, 2001-ci ilin avqustunda imzalandı. Təchizatçılar arasında ancaq Aztech belə qısa müddət ərzində yüzlərlə kompüter, onlarla proyektor və printeri təchiz etməyi öz üzərinə götürdü.  Müqavilənin ümumi dəyəri təxminən 300000 dollar idi. Biz bütün malları vaxtında təhvil verdik, həmin kompleks isə bugün də orta təhsil üçün ən prestijli təhsil müəssisələrindən biri hesab olunur.  

Azərbaycan Respublikası, Dövlət Əmlak Komitəsi

2000-ci ildə Dünya Bankının “İnstitusional İnkişafa Texniki Yardım” adlı layihənin açıq tenderində biz ilk iri layihədə qalib gələrək, 526000 dollar dəyərində olan müqaviləyə imza atdıq. 15-dən artıq tender iştirakçısı arasında bizim təklifimiz münasib qiymət, keyfiyyət və tender prosedurlarına tam uyğun olması ilə seçilirdi. Layihə çərçivəsində yüzlərlə kompüter, printer, onlarla surətçıxaran maşınlar və serverlər uğurla təhvil verildi. Biz bu imtahandan əla qiymətlərlə çıxıb, daha böyük layihələrə doğru inamla  addımlamağa başladıq.

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu