Haqqımızda

Aztech çox profilli kompüter və bank avadanlığının təchizatı sahəsində aparıcı transxəzər şirkətlərindən biridir. Azərbaycanda kiçik kompüter mağazasından başlayaraq, bugün bizim fəaliyyətimiz  Qafqaz sıra dağlarından Tyan-Şan dağlarına kimi ərazini əhatə edir. İldən-ilə nailiyyətlər əldə edərək, öz məhsul çeşidini genişləndirərək, müştərilərimizin özəl sorğularında belə onları razı salaraq, biz uğurlu və etibarlı şirkət yarada bilmişik.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı müştəri və partnyorlarımız bizim peşakarlığımızı və iş üslubumuzu yüksək qiymətləndirirlər. Аztech mükəmməl logistikanı yaradaraq, 3 kontinentdən, Amerika, Asiya və Avropadan yuxarıda qeyd olunan bazarlara malları təchiz edir. Maliyyə, əməliyyat və kadr ehtiyatlarını səmərəli istifadə edərək, müştərilərimizə ən münasib qiymətləri təklif edirik. Serverlər, məlumat saxlama sistemləri, personal kompüterlər, noutbuklar, video konfrans həlləri, printerlər, ofis və bank avadanlığı sahəsində dünyanın aparıcı şirkətləri regionda öz maraqlarını təmsil etməyi bizə etibar edirlər.  Biz Lenovo (CN), Fujitsu (JP), EMC (US), Asus (TW), OKI (JP), Sharp (JP), Polycom (US), Lifesize (US), Datacard (US), Gemalto (FR), EmperorTech (CN) kimi istehsalçıların distribyutorluğunu və layihə təchizatlarını həyata keçiririk. 

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu