Dəyərlərimiz

Şirkət sahibinin müraciəti.

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman  hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm.  Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq. Biz ən çətin layihələri reallaşdırmışıq, müxtəlif mürəkkəb tapşırıqların icrasını öz üzərimizə götürmüşük, tələbkar müştərilərimiz sayəsində hər zaman uğura nail olmuşuq. Biz bütün unikal təcrübəmizi müştərilərimizin sayəsində əldə etmişik.

Vətənim Azərbaycanda biznesi başlayaraq, mən hər zaman fəaliyyət dairəsini genişləndirmək və Mərkəzi Asiya ökələrində də fəaliyyət göstərmək arzusunda olmuşam. Xəzəri adlamaq hər zaman mənim hədəfim olub. Və təbii ki, buna hörmətli müştərilərim sayəsində nail olmuşam. Onlardan hər biri bizim uğura öz əvəzsiz rolunu qatmışdır. Bugün müxtəlif saat fərqi olan kontinentlərdə biznes-prosesləri idarə etməyimə baxmayaraq, mən yenə də  hər bir müştəri və sürətli müdaxilə, eləcə də həllin tələb olunduğu hər bir hadisə üçün hər zaman hazıram. Mən bizə inanan, etibar edən, yardım edən və qarşımızda çətin hədəflər qoyan hər bir müştəriyə minnətdaram. Sizin etibarınız hər zaman bizim şirkətin ən böyük dəyəri olub və olacaqdır. Aztech – tək mənim yox, sizin də məhsulunuz və uğurunuzdur!

Dərin hörmət və ehtiramla,

Zülfüqar Babayev

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu