Ekspertiza

Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi

2007-2008-ci illərdə biz bu mərkəzi dəyəri təxminən 2 000 000 dollardan artıq olan unikal ekspertizalar həyata keçirmək imkanı verən və mərkəzin fəaliyyətini dünya standartları səviyyəsinə qaldıran ən müasir kimyəvi-analitik, optik və kriminalistik avadanlıqlarla təchiz etdik. Bu layihə bir daha sübut etdi ki, biz istənilən tapşırıqların öhdəsindən gələ bilərik və onların hər birini yüksək səviyyədə icra edirik. 

Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti

2012-ci ildə Dünya Bankının açıq tenderində qalib gələrək, biz işçi heyətin sağlamlığına və ətraf mühitə təsir edən işıq, səs, təzyiq, vibrasiya, radiasiya, zəhərli maddələr və tozun səviyyəsini müəyyən edən analizlər aparmaq üçün ölçü cihazları ilə  Müfəttişliyi Xidmətini təmin etmişik. Müqavilənin ümumi dəyəri 1 500 000 dollara yaxın idi. 

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu