Tariximiz

Bugün Aztech Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarında informasiya texnologiyaları və bank avadanlığı istiqamətində geniş profilli etibarlı təchizatçı olaraq, bu sahələrdə avadanlıqlar, servis və həllər təklif edir. Lakin şirkətin tarixi 1998-ci ildə Bakıda, Azərbaycanda “Digital Store” kompüter maqazinin açılmasından başlayır. Açılışdan təxminən 1 ay sonra 1998-ci ilin avqust ayında dünyada iqtisadi böhran başladı və neftin qiyməti rekord həddə, 1 barrel üçün səkkiz dollara düşdü. Azərbaycan da öz növbəsində dərin iqtisadi böhran yaşadı, lakin yaranmış bu vəziyyət şirkəti daha da gücləndirdi və istənilən vəziyyətdə mövcud olmağı və inkişaf etməyi öyrətdi.

1999-cu ildən şirkət yavaş-yavaş pərakəndə satışdan korporativ satışa istiqamət götürməyə başladı. Belə ki, 2000-ci ilin fevral ayında Aztech şirkəti kimi rəsmi qeydiyyata alındı. Şirkət müvəffəqiyyətlə bazarda aktiv fəaliyyətini başlayaraq, müştərilərin etibarını qazanırdı. Artıq 2000-ci ilin sonlarına doğru Azərbaycanın Dövlət Əmlak Komitəsi üçün geniş çeşiddə kompüter və ofis avadanlığı ilə təchizata dair Dünya Bankının iri həcmli tenderində (526.000 dollar dəyərində) qalib gəldi. Bu minvalla, Aztech qısa bir müddət ərzində Azərbaycanda informasiya texnologiyaları avadanlıqlarının təchizatında aparıcı qüvvələrdən birinə çevrildi və hər dəfə öz statusunu yeni layihələrlə və Lenovo (CN), Fujitsu (JP), EMC (US), Asus (TW), OKI (JP), Ricoh (JP), Polycom (US), Lifesize (US) və s. istehsalçılarla partnyor münasibətləri quraraq təsdiqləyirdi.

İnformasiya texnologiyaları sahəsində banklarla sıx əməkdaşlığın nəticəsi olaraq, şirkət 2003-cü ildən Azərbaycan bazarında bank avadanlıqlarının da təchizatına başladı. Etibarlı partnyor statusu qazanaraq, biz öz portfelimizi tez bir zamanda banknot və qəpikləri sayan, çeşidləyən və qablaşdıran maşınlarla genişləndirdik. 2005-ci ildən isə bu sıraya plastik kartların buraxılışı üçün avadanlıqlar və digər müvafiq məhsulların təchizatı da əlavə edildi. Datacard (US), Gemalto (FR), Delarue (UK), Vama (GE), EmperorTech (CN) kimi qlobal şirkətlər bizimlə distibyutor müqavilələri imzaladılar.

2007-ci ildən yeni bir çağırışa cavab olaraq şirkət yeni bir istiqamətə doğru addımlayaraq, bir sıra iri dövlət ekspeгtiza mərkəzlərini ixtisaslaşmış avadanlıqlarla kompleks şəkildə təchiz etdi. 2007-2012-ci illər arasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti kimi təşkilatlar ən müasir texnologiyalarla tərəfimizdən təchiz olundular. Layihələrdə 20-dən artıq müxtəlif istehsalçıların avadanlıqları təchiz olunmuşdur.

2012-ci ildən isə fəaliyyətimizin əhatə dairəsini Mərkəzi Asiya ölkələrinə də genişləndirməyə başladıq. 2013-2014-cü illərdə artıq bəzi istehsalçılardan avtorizasiya alaraq, qısa bir müddət ərzində Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarında əhəmiyyətli mövqe əldə etdik. 2014-cü ilin mart ayında Aztech Qazaxıstanın dövlət orqanlarında qeydiyyatdan keçdi. Sözügedən regionun dövlət və maliyyə qurumlarında bir sıra layihələr artıq uğurla həyata keçirilmişdir. Beləcə, kiçik mağazadan “Aztech” kompüter və bank avadanlığının əsas təchizatçılarından biri kimi transxəzər şirkətinə çevrildi.

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu