Video Konfrans Rabitə - dəbdəbə deyil, sadə rabitə vasitəsidir

15 Oktyabr, 2015

Bütün yeni texnologiyaların qiyməti ilk dəfə bazara çıxanda kifayət qədər yüksək olur. Məsələn, mobil rabitə bir zamanlar istifadə üçün çox baha idi, lakin bu gün o demək olar ki, hamı üçün əlçatandır.

Video konfrans rabitə də həmçinin nə vaxtsa böyük dəbdəbə hesab olunurdu, lakin bu gün o sadə rabitə vasitəsinə çevrilir. Psixo-fizioloji parametrlərinə görə video konfrans rabitə şəxsi ünsiyyətə çox yaxındır və telefonla rabitənin imkanlarından xeyli üstündür. Psixoloqların tədqiqatlarına əsasən, telefonla danışıq zamanı məlumatın təxminən 20%-i ötürülür, şəxsi ünsiyyət zamanı isə 80%, lakin bu heç də hər zaman mümkün deyildir. Video konfransla rabitə zamanı iş proseslərinin əksəriyyəti üçün optimal hesab olunan 60% məlumat ötürülür. Aztech infrastruktur video konfrans həllərin tətbiqində və müxtəlif şirkətlərin iclas otaqlarının video konfrans avadanlığı ilə təchizatı sahəsində böyük uğurlu təcrübəyə malikdir. Öz çevik məhsul və həllər çeşidindən istifadə edərək, biz sizə hər zaman optimal smetalı həll təklif edə bilərik. LifeSize, Polycom, ClearOne və Lumens kimi istehsalçılarla əməkdaşlıq edərək, biz onların məhsullarını sizin üçün də daha əlverişli edirik. Bizim müştərilər bizimlə əməkdaşlığın bütün üstünlüklərindən yararlanıblar.

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu