Peşəkar kompüter və noutbuklar

15 Oktyabr, 2015

Bugün personal kompüter və noutbukları istənilən məişət texnikası və ya mobil telefon mağazalarında əldə etmək olar, bir çox istifadəçilər isə ümumiyyətlə planşet və smartfonlara daha çox üstünlük verirlər. Bazarda o qədər çeşid var ki, bəzən istehlakçılar belə bu və ya digər brendin, eləcə də modelin seçimində çətinlik çəkirlər. Lakin peşəkar qurğulara bugün də istehlakçılar tərəfindən  maraq var və unikal xüsusiyyətlərə malik personal kompüter və ya noutbuklar hər zaman öz istifadəçisini tapır. Lenovo  şirkətinin aparıcı partnyorlarından biri kimi, biz monoblok və noutbuk bazarının təchizatına xüsusi diqqət ayırırıq. Hər bir model unikal xüsusiyyətlərə malikdir və bizim müştərilər hər zaman daha münasib qiymətə optimal modellər seçə bilərlər.  Lenovo ThinkCenter monoblokları  orijinal dizayna, erqonomikliyə malikdir və ən müasir komponentlərlə təchiz olunurlar, Lenovo ThinkPad noutbuklarının isə  sukeçirməz drenaj sistemi və 17 saata kimi avtonom rejimdə işləmək xüsusiyyəti ilə Lenovanın bu modelləri müxtəlif biznes-proseslərdə iş zamanı əvəzedilməz köməkçidir. Demək olar ki, bütün məhsul çeşidinin daima anbarda mövcudluğu bizim müştərilərə düzgün seçim etməyə kömək edir. 

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu