Bank kartlarının kütləvi buraxılışı üçün personalizasiya sistemləri

15 Oktyabr, 2015

Müxtəlif vəsiqələrin və bank kartlarının kütləvi buraxılışı üçün  personalizasiya sisteminin aparıcı istehsalçılarından olan Datacard ilə 10 ildən artıq uğurlu əməkdaşlıq nəticəsində əldə olunan unikal təcrübəmiz müştərilərimizi fasiləsiz kart buraxılış sistemi ilə təmin etməyə imkan verir. 2005-ci ildən Azərbaycanda, 2014-cü ildən isə  Qazaxıstan və Qırğızıstanda biz regionun aparıcı banklarını müasir avadanlıqlarla təchiz edirik və tam texniki dəstək xidməti göstəririk.  Biz hər zaman müştərilər üçün tələb olan maksimal iş gərginliyini və digər incəlikləri nəzərə alaraq, ən münasib konfiqurasiya tərtib edə bilərik.  Tərəfimizdən təchiz olunan avadanlıqlar aparıcı proqram təminatçılarının həlləri ilə ideal inteqrasiya olunurlar. 

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu