Yeni təhsil mövsümü Lenovo monoblokları ilə başlayır

15 Sentyabr, 2015

Aztech Azərbaycanda orta ümumtəhsil məktəblərinin Lenovo monoblokları ilə təchizatı layihəsini uğurla reallaşdırır. 3000 ədəddən ibarət monoblok ilkin mərhələdə artıq məktəblər arasında paylanılmış və istismara verilmişdir. Bakı, Gəncə, Mingəçevir, İsmayıllı və Abşerondakı orta ümumtəhsil məktəblərində təhsil alanlar tədris prosesində Lenovo monobloklarından istifadə edərək bütün üstünlüklərdən yararlana bilərlər. Müasir dizayn, güclü prosessor və 720P kameralı FHD (Full High Defination) keyfiyyətli displey məktəblilərə yeni tədris ilində rahatlıq, səmərəlilik və ən müsbət emosiyalar bəxş edəcəkdir. Layihənin 3000 ədəd monoblokdan ibarət növbəti ikinci mərhələsi cari ilin oktyabr ayının sonuna qədər reallaşacaqdır. Beləcə, Aztech 6000 ədəd Lenovo monoblokunun təchizatı üzrə müqavilədəki bütün öhdəliklərini müvəffəqiyyətlə icra edəcək. 

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu