PASHA Bank Datacard МХ1100 embosserini alır.

07 Oktyabr, 2015

Azərbaycanın kapitalına görə iri özəl banklarından biri olaraq PASHA Bank   Datacard MX1100 embosser kompleksinin təchizatına dair bizimlə müqavilə bağladı. 2007-ci ildə əsası qoyulmuş PASHA Bank  ölkənin əsas korporativ banklarından biri hesab olunur. Bank Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verən, aqrobiznes, nəqliyyat, tikinti, ticarət və s. qeyri neft sahələrinə xidmət edir. Yeni avadanlıq maliyyə kartları biznesinin inkişafı sahəsində bankın bütün tələblərinə cavab verir.  Aztech bu sahədə  PASHA Bank ilə əməkdaşlıqdan çox məmnundur. Datacard şirkətinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanda rəsmi distributoru olaraq, biz bazara maksimum yiyələnmək üçün bütün səylərimizi göstəririk. Bizi partnyor olaraq seçməklə hər bir müştəri bilir ki, o ən yüksək keyfiyyətli servis və avadanlıq əldə etmiş olacaq.  

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu