Respublika üzrə 600 orta məktəbə Lenovo markalı monoblokların təchizatı tam başa çatdırılmışdır.

18 Noyabr, 2015

Bugün 18 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi üç həftəlik monitorinqdən sonra  Lenovo markalı 6000 ədəd monoblokun (All-in-One)  təchizatı üzrə layihənin təhvilinə dair yekun aktı imzaladı. Kompüterlər ölkənin 600 məktəbi arasında paylaşdırılaraq, respublikamızın ən ucqar bölgələrinə belə çatdırılmışdır.

Aztech öz öhdəliklərini uğurla icra etdi və ümid edir ki, bu avadanlıqlar  orta təhsilin inkişafına öz töhfəsini verəcək.  

Dəyərlərimiz

Aztech – 100% özəl şirkətdir. Butik otel, özəl restoran və ya dizayn mağazası kimi biz də hər zaman hər bir müştəriyə fərdi yanaşırıq. Mən, Aztech şirkətlər qrupunun yeganə təsisçisi və sahibiyəm. Fərdilik – bizim biznesin əsasını təşkil edir. Bizim hər bir müştərimiz onun sorğusuna fərdi yanaşılacağına əmin ola bilər. Səhvləri başqa birisinə yönəltmək kimi mənim şansım yoxdur, buna görə də uğurlu inkişaf üçün ancaq bir yolumuz var– daima xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq.ətraflı oxu

Layihələr

Azərbaycan Respublikası, Təhsil Nazirliyi2014-cü ildə Aztech Nazirliklə 1 məktəbli-1 kompüter konsepsiyası çərçivəsində sıx əməkdaşlıq etməyə başladı.ətraflı oxu