PULSUZ ÇATDIRILMA.
Bakı və Sumqayıt şəhərləri üzrə sifariş etdiyiniz məhsulu nümayəndəmiz sifariş yerləşdirildikdən sonra maksimum 2 iş günü ərzində çatdırır və siz yerindəcə nağd ödəniş etməklə məhsulu əldə etmiş olursunuz (əgər onlayn ödənişdən istifadə etməmisinizsə).
QAYTARILMA
Məhsulu əldə etdikdən sonra, müştəri 3 gün ərzində məhsulda hər hansı bir istehsal qüsuru və ya nasazlıq aşkar edərsə, mağazayla əlaqə saxlayıb, bu barədə onlara dərhal məlumat verməlidir. Əgər həmin qüsur düzgün istismar qaydalarının pozulması, düzgün quraşdırılmama, istismar, təmizləmə, texniki xidmət və ya qəza səbəbindən, məhsulun yanlış modifikasiyası, proqram səhvləri və ya istehsalçıdan asılı olmayan hər hansı digər hadisələr nəticəsində baş vermiyibsə və bizim mütəxəssislər tərəfindən həqiqətən istehsal qüsuru və ya nasazlığı olduğu təsdiqlənərsə, həmin məhsul dərhal yenisi ilə əvəz olunur.