1. Seçdiyim məhsulu necə sifariş edə bilərəm?
Cavab: Seçdiyiniz məhsulu bizim instagram səhifəmizin direktinə, eləcə də 0502004422 nömrəsiylə whatsappla əlaqə saxlayaraq və ya həmin nömrəyə zəng edərək sifariş verə bilərsiniz.
2. Çatdırılma müddəti nə qədərdir?
Cavab: Bakı və Sumqayıt şəhərlərinə sifarişlər sifariş edilən gündən maksimum 2 iş günü ərzində çatdırılır.
3. Çatdırılma zamanı ödənişi necə etmək olar?
Cavab: Çatdırılma zamanı qapıda həm nağd, həm də Pos terminal vasitəsilə bank kartı ilə (eləcə də BirKartla) ödəniş etmək olar.
4. Satılan məhsullara zəmanət verilirmi?
Cavab: Bəli, satılan bütün məhsullara rəsmi zəmanət verilir və zəmanət müddəti məhsuldan asılı olaraq 1 ildən 3 ilə qədərdir.
5. Mağazada hansı taksit kartları keçərlidir?
Cavab: Bizdə yalnız Kapital Bankın BirKart taksit kartı keçərlidir.
6. Məhsulda sonradan istehsal qüsuru və ya texniki nasazlıq aşkar edilərsə, nə etməliyəm?
Cavab: Məhsulda sonradan istehsal qüsuru və ya texniki nasazlıq aşkar edilərsə, birbaşa istehsalçının rəsmi servis mərkəzinə və ya bizə müraciət edə bilərsiniz.
7. Nağd alış zamanı əlavə endirim mümkündürmü?
Cavab: Dəqiq modeli seçdikdən sonra, müştəri mağazada bunu satıcı ilə dəqiqləşdirə və ya mağazayla əlaqə saxlayaraq öyrənə bilər.