Kompüter mağazası, sifarişlər, kreditlə noutbuklar satışı ilə bağlı suallar Kompüter mağazası, sifarişlər, kreditlə noutbuklar satışı ilə bağlı suallar

1998-ci ildən kompüter və bank avadanlığının rəsmi distribütoru

*2225

Kompüter mağazası, sifarişlərin verilməsi, ödənilməsi və kreditlə bağlı suallar

Asus Brand Store kompüter mağazası, sifarişlərin verilməsi, ödəniş üsulları və kreditlə noutbuklar satışı ilə bağlı tez-tez suallar daxil olur. Müştərilərimiz eyni zamanda çatdırılma, zəmanət, məhsulların orijinallığı, modellər, kompüter və noutbuk qiymətləri və digər suallar da verirlər. Sualları qruplaşdıraraq cavablarını təqdim edirik. Əgər digər bir sualınız varsa məmnuniyyətlə cavab verməyə hazırıq.

Cavab:
Şirkətimizin Asus Brand Store kompüter mağazası Bakıda 28 May Küçəsi, bina 15 ünvanında, 23 saylı orta məktəblə üzbəüz yerləşir. Mağazamızda və eyni zamanda sayt üzərindən kompüter, kompüter hissələri, kompüter aksessuarlarınoutbukların satışı həyata keçirilir. Kompüter mağazası həftənin 6 günü saat 10:30-19:00 aralığında fəaliyyət göstərir. Bazar günü isə istirahət günüdür.
Cavab:
Sayt üzərindən və ya Bakıdakı kompüter mağazasına gələrək noutbukları və digər məhsulları əldə edə bilərsiniz. Noutbukların satışı mağazaya ilə yanaşı sayt üzərindən də onlayn qaydada həyata keçirilir. Onlayn sifariş zamanı kartla ödəmə, qapıda ödəmə seçimlərindən yararlana bilərsiz.
Cavab:
Kreditlə noutbuklar satışı mövcud deyil. Amma siz məhsulları Birkart/Tamkart kredit kartları vasitəsi ilə 18 aya kimi taksitlə əldə edə bilərsiniz. Taksitli kreditlə noutbuklar ilə yanaşı digər məhsulları da əldə etmək mümkündür.
Cavab:
Bəli, Sifariş verilən məhsulların dəyərini qapıda həm nağd, həm də Birkart/Tamkart ilə ödəyə bilərsiniz. Qapıda ödəmə zamanı da sizə Fiksal ID nömrəsi olan çek verilir.
Cavab:
Bəli, çatdırılma xidməti vardır. Noutbuklar və digər bütün məhsullar Bakı şəhəri və bölgələrə çatdırılır. Bunun üçün sadəcə olaraq onlayn və ya əlaqə nömrəsi ilə məhsulların çatdırılmasını sifariş edə bilərsiz. Sifarişlər məsafədən aslı olaraq 2-3 iş günü ərzində müştəriyə çatdırılır.
Cavab:
Bəzi məhsullarda nağd alışda endirim mümkündür. Endirimli məhsullara bu səhifədə baxa bilərsizniz. Əlavə məlumat üçün kompüter mağazası və ya ofis ilə əlaqə saxlayın.
Cavab:
Bəli mümkündür. Məhsulun dəyərinin müəyyən hissəsini nağd, digər hissəsini kart (eləcədə Birkart/Tamkart) vasitəsi ilə ödəyə bilərsiniz.
Cavab:
Bəli, bütün noutbuklar da daxil bütün məhsullar rəsmi zəmanətlidirlər.
Cavab:
Bəli, istər kompüter mağazasında istərsə də sayt üzərindən alacağınız bütün məhsullar orijinaldır.
Cavab:
Bəli, bütün məhsullar da qəbz müştəriyə təqdim edilir və qəbzdə Fiskal ID mövcuddur. Kompüterlərin və noutbukların satışı zamanı müştərilərə Fiskal ID olan çek təqdim olunur. Qapıda ödəmə zamanı da çek yerindəcə verilir.
Cavab:
Bəli, xüsusi kampanyalar və bayramlarda müştərilərə böyük endirimli məhsulları təklif edirik. Sosial şəbəkələrdə bizi izləyərək endirim və kampanyalardan xəbərdar ola bilərsiniz.
Cavab:
Bəli mümkündür. Bunun üçün saytda olan “Zəng sifarişi”, “Səbətə ataraq sifarişi rəsmiləşdirmə”, whatsapp nömrəsinə və ya emailə yazmaq metodlarından istifadə edə bilrəsiz. Növbəti iş günü ən qısa zamanda sizinlə əlaqə saxlanılaraq sifarişiniz rəsmiləşdiriləcəkdir.
Cavab:
Saytda olan noutbuklar və digər məhsullar kompüter mağazasında əsasən mövcuddur.
Cavab:
Saytımızda 500-600 manatdan başlayarq noutbuk qiymətləri görə bilərsiz. Saytımızda qiymət və digər filrtlərlə seçim edərək hər büdcəyə uyğun noutbuklar tapa bilərsiz. Noutbukların satışı üçün Birkart/Tamkart kredit kartları vasitəsi ilə 18 ayadək müddətə ödəmə tətbiq olunur.


AzTech şirkəti

Kompüterlər, noutbuklar, kompüter hissələri və aksesuarlarinin satışı

Əlaqə

  • 28 May Küçəsi, bina 15
    (23 saylı orta məktəblə üzbəüz)
    Bakı, Azərbaycan, AZ1025
  • +994 12 464 43 94/95/96/97
  • office@aztech.az

© Copyright 2018 - AzTech.az
Created by SiteMaster.az