Showing all 7 results
14″ 90Hz, 2.8K (2880×1800) OLED/R7-5825U/RAM 16GB/SSD 1TB/AMD Radeon
13.3″ 2.8K (2880×1800) OLED/i7-1355U/RAM 16GB DDR5/SSD 1TB G4/Win 11 Home
16″ touch 4K (3840×2400) OLED/i7-12700H/RAM 16GB DDR5/SSD 1TB Gen4/Win 11H/RTX 3060 6GB
ASUS ZenBook nədir? Məsafədən çalışırsız və ya daim yolda işləyirsiniz? ZenBook sizin istəyinizə görə yaradılıb! ASUS ZenBook ilə ultrabooks xəttini yeniləyib. ZenBook-lar yalnız ofisdə deyil, kafedə, evdə və ya yolda belə istifadə edilə biləcəyiniz kompakt noutbuklardır.
Bir az fərqli gücə və diaqonallı ekrana sahib cihazınız hər şəraitdə sizinlə olacaq. Düzdür cibinizə yerləşmir, amma yüngül çəkisi istənilən çantada daşınmasını çox asan edir. Ona görədə sərbəst işləyənlər və ya uzaqdan çalışanlar üçün uyğundur – və Asus Zenbook-u dəyərli edəndə budur
Bir kiloqramdan biraz çox çəkisi olan Asus ZenBook-u özünüzlə götürə bilərsiniz və hər yerdən işləyə bilərsiniz. Dar bir kafedə və ya metro vaqonunda belə çox yerə ehtiyacınız yoxdur.
ASUS ZenBook – ağır işlər üçün yüngül cihazdır. İncə görünüşü sizi çaşdırmasın. O tam güclü noutbukdur.
Cəlbedici dizaynı və istənilən tətbiqetmədə güclü performans üçün, güclü konfiqurasiya ilə incə və yüngül çəkisi olan Ultrabukdur. Böyük əməliyyat yaddaşı və güclü prosessor ilə bütün işlərinizə yarayacaq.
Bir çox incə noutbuklar performansını incəliyinə qurban verir. Ancaq ZenBook-da bu belə deyil. Yeni Intel® Core ™ i7 prosessoru sizə pəncərələr arasında dərhal keçid etmək və eyni zamanda bir çox tapşırıqları yerinə yetirmək imkanı verir. 16 GB RAM və ən əsası ZenBook 13, 14 və 15 dioqnallı modelləri diskret, yəni tam hüquqlu video kart ilə təmin olunub.
Əlavə güc yalnız foto redaktorları və ya animatorlar üçün deyil, həm də oyun oynamaq istəyənlər üçün əlverişli olacaqdır.
ASUS Zenbook-un ekranı günəşdə parıldamır və rəngi yaxşı əks etdirir. Bir kafedə ən yaxşı yeri əldə etmək hər zaman mümkün deyil. Bəzən günəşin və ya işığın birbaşa ekrana əks etməsi sizi çox narahat edir. ZenBook ekranı əks olunan işıqla parıldamır. Pəncərənin və ya işığın yöndəmsiz əks olunduğu bir kafedə otursanız rahatlıqla çalışa bilərsiz. Afrikda parlaq günəş altında belə ekran sizi heç narahat etməyəcək. Günəş sizi isitməkdən başqa heç bir işinizə mane ola bilməz.
FullHD ekran, geniş baxış bucaqları, incə bir çərçivə və parlaq şəkil – bunlar Zenbook-un keyfiyyət göstəriciləridir Amma rənglər həddindən artıq tünd deyil, daha düzgün əks olunur. Ona görədə fotoqraflar, videoqraflar, redaktorlar və digər mütəxəssislər ASUS Zenbook ilə daha çox maraqlanırlar.
Bir dizüstü kompüterin batareyasında neçə vatt olduğu o qədər də vacib deyil. Neçə saat çalışa biləcəyi vacibdir. Zenbook ilə səyahət edərkən 13-17 saat enerji yığmadan işləyə bilərsiz. Uzun yol yoldaşınızla heç darıxmazsınız. Əsas odur ki, Siz yorulmayasız.
ZenBook Wi-Fi Master texnoliogiyası ilə sizi təəccübləndirəcək. Necə? Əvvəllər kafenin bir küncündə oturub siqnal ala bilmədiyinizi yəqinki xatırlayırsız. ZenBook ilə buna son qoyulacaq. Şəbəkəni marşrutlaşdırıcıdan 300 metr məsafədə tutacağını vəd edirik. Router uyğun olarsa, ZenBookdakı Wi-Fi 802.11ac standartına uyğun olaraq işləyə bilər – maksimum sürəti 802.11n standartından 12 dəfə daha yüksəkdir.
Aztech Azərbaycanda Asus və Lenovo brendlərinin rəsmi distribütorudur. Mağazamızdan və ya internet saytımız üzərindən Bakıda istədiyiniz ASUS ZenBook sifariş verə bilərsiz. Sərfəli təkliflərimiz hər zaman mövcuddur. Dünya brendləri olan Asus və Lenovo noutbukları sizin istəyinizə uyğun hər cür qiymətə və parametrlərlə mövcuddur. Bundan başqa noutbukunuz üçün müxtəlif avadanlıq və aksessuarlarda satışda vardır.
Butun kompyuter və noutbuk məhsullarına rəsmi zəmanət verilir.