1998-ci ildən kompüter və bank avadanlığının rəsmi distribütoru

+99412 464 4394

+994 50 200 44 22

2021 MSI GE76 Dragon Tiamat 10UH-623AZ

2021 MSI GE76 Dragon Tiamat xarakteristikaları

  • CPU: i9-10980HK
  • LCD: 17.3″ FHD 300Hz
  • RAM: 64GB
  • SSD: 2TB
  • GFX: RTX3080 16GB GDDR6
  • OS: Windows 10 Pro
  • Əlavə: Per key RGB Steelseries KB, Wi-Fi 6E, Batareya 99.9 Whr, Tiamat lootbox
  • Zəmanət: 2 il
  • Rəng: Dragon Edition Taimat Metallic Silver
  • Birkart/Tamkart: keçərlidir
  • P/N: 10UH-623AZ

9999.00 AZN

Açıqlama

Babil mifologiyasının dərinliklərindən dirçəlmiş olan, bütün Tanrıların anası Tiamat misli görünməmiş dərəcədə güclü MSI GE76 Raider Dragon Edition Tiamat noutbukunda öz yeni təcəssümünü tapır. Tiamatla birlikdə hər oyunda şər qüvvələrə qalib gəlməklə öz əfsanənizi yaradın!

Qədim Babildə Tiamat ilahə, digər Tanrıların anası idi. O, nəinki qədim dünyanın simvolu, həmçinin də bütün canlıların lideri idi. Qüdrətli Tiamat mifologiyanın mərkəzi idi, onun gücünü bütün bəşər tarixi boyunca vəsf edirdilər.

GE76 Raider Dragon Edition Tiamat displeyin qapağinin naxişlari

GE76 Raider Dragon Edition Tiamat noutbukunun qapağı qədim Mesopotamiyanın mifik canlılarını təsvir edən relyefli naxışlarla bəzədilmişdir. Onu açın və Tiamatın əfsanəvi gücünü hiss edin.

NVIDIA RTX çiplərinin 2-ci nəslinin nümayəndəsi olan Ampere mikroarxitekturası ilə birgə qrafik prosessordan istifadə etməklə 30-cu seriyadan olan GeForce RTX™ videokartları təkmilləşdirilmiş hesablayıcı bloklar: RT-nüvələr, tenzor nüvələr və axın multiprosessorları hesabına fantastik oyun performansı ilə təmin etməyə hazırdır. Onlar real zaman rejimində şüaların izlənməsini və süni intellektin inkişaf etmiş texnologiyalarını dəstəkləyirlər.

Rəqiblərini geridə qoyur

MSI yeni nəsil noutbukları 10cu nəsil Intel® Core™ i9 (Comet Lake H) performans cəhətdən, həmçinin daha çox artırılmış işləmə tezliyi hesabına özündən əvvəlkilərdən 1.5 dəfə üstün olan prosessorlarla təchiz olunur.

MSI GE76 seriyasından mükəmməl quraşdırılma

GE76 Raider noutbukunda yüksək səviyyəli maksimum səs ötürə bilən, keyfiyyətli səslə təmin edən Dynaudio səs sistemindən istifadə olunur. Dinamiklərin konstruksiyasında passiv ötürücülərdən istifadə olunur – bu, bütün tezlik diapazonunda təmiz səslənmənin zəmanətidir.

MYSTIC LIGHT işıqlandırılması ilə daha işıqlı noutbuk

GE76 Raider noutbuku Mystic Light rəngli işıqlandırma hesabına çox parlaq görünür, bu işıqlandırma indi tək klaviaturada deyil, həmçinin korpusun bütün ön hissəsi boyunca panorama illuminasiyası şəklində reallaşdırılmışdır. Rənglərin 16.8 milyon müxtəlif çalarlarından istifadə etməklə öz oyun üslubunuzu ifadə edin!

Çoxsayli monitor konfiqurasiyalarinin dəstəklənməsi

HDMI, USB-C və mini-DisplayPort interfeyslərindən istifadə etməklə, noutbuka eyni zamanda bir neçə əlavə monitor qoşmaq olar, bununla yanaşı USB-C və mini-DisplayPort üzərindən təsvir ekrana gətirildikdə 8K-ya qədər görüntü imkanı dəstəklənir.

GE76 Raider yeni kəşf edilmiş soyutma sistemi

GE76 Raider noutbuku periferik cihazların qoşulması zamanı oyunçuya maksimal rahatlıq verən interfeys qurğularının tam dəsti ilə təchiz edilmişdir.

Cooler Boost 5 sisteminə mərkəzi və qrafik prosessorlar üçün ayrıca istilik modulları, iri ventilyatorlar və geniş istilik boruları daxildir. Bu sistem noutbukun ekstremal oyun yüklənməsi şəraitində sabit işini təmin edir.

GE76 RAIDER DRAGON EDITION TIAMAT xarakteristika

  •  10-cu nəsil Intel® Core™ i9 prosessoru
  •  Windows 10 EV versiyası
  • 16Gb GDDR6 noutbukları üçün GeForce RTX™ 3080 qrafikası
  • Korpus boyunca panorama illuminasiyası olan Mystic Light işıqlandırması
  • 17.3″ Full HD (1920×1080), 300MHs, nazik çərçivələri olan (istəyə bağlı olaraq) IPS səviyyəli oyun displeyi.
  • 99.9 Vatt-saatda – batareya həcmi
  • Cooler Boost 5 eksklyüziv texnologiya
  • Gaming Mode 2.0 eksklyüziv oyun rejimli Dragon Center texnologiyası
  • Per-Key RGB klavişlərinin ayarları fərdi olaraq dəyişdirilə bilən tam rəngli işıqlandırması olan SteelSeries klaviaturası
  • Duo Wave dinamikli Dynaudio səs sistemi

Əlavə məlumat

Brend

Operativ yaddaş

SDD sürücüsü

Prosessor

Videokart

AzTech şirkəti

Kompüterlər, noutbuklar, kompüter hissələri və aksesuarlarinin satışı

Əlaqə

  • 28 May Küçəsi, bina 15
    (23 saylı orta məktəblə üzbəüz)
    Bakı, Azərbaycan, AZ1025
  • +994 12 464 43 94/95/96/97
  • +994 50 200 44 22
  • office@aztech.az

© Copyright 2018 - AzTech.az
Created by SiteMaster.az

preloader