Korporativ Satış Şöbəsinin Rəhbəri

Korporativ Satış Şöbəsinin Rəhbəri

İşin təsviri:

Namizədə dair tələblər:

  • Dil bilikləri: Səlis Azərbaycan dili, əlavə bir xarici dil (İngilis və ya Rus)
  • İş təcrübəsi: Satışlarda ümumi 10 illik iş təcrübəsi, minimum 3 il rəhbər vəzifədə
  • Ali təhsil (biznes idarəçiliyi, marketinq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
  • Liderlik qabiliyyəti
  • İqtisadiyyat və bazar göstəricilərini təhlil etmək bacarığı
  • Danışıqlar aparmaq, qərar vermək və problemləri həll etmək bacarığı
  • Yüksək səviyyədə təqdimat, yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı
  • Məsuliyyətli, analitik düşüncəli, dəyişiliklərə meyilli islahatçı, böyük nəticələrə yönəlmiş şəxs olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış strategiyasını hazırlamaq, həyata keçirmək və planın icrasına nəzarət etmək;
  • Satış komandasının idarə edilməsi, motivasiyası və performansının qiymətləndirilməsi;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması və yeni korporativ müştərilərin cəlb edilməsi;
  • Bazarın, rəqiblərin və müştəri tələblərinin mütəmadi təhlili;
  • Satış büdcəsinin formalaşdırılması və icrasına nəzarət;
  • Müştərilərlə görüşlərin təşkili, təkliflərin hazırlanması və müqavilələrin bağlanmasına rəhbərlik;
  • Korporativ satış hədəflərinin icrasına dair aylıq və rüblük hesabatların hazırlanması;
  • Marketinq və məhsul şöbələri ilə koordinasiyada yeni satış fürsətlərinin müəyyənləşdirilməsi;

İş şəraiti

  •  Əmək haqqı: 5000 AZN
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 5 günlük iş rejimi

Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində  tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış Şöbəsinin Rəhbəri” adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.