1998-ci ildən kompüter və bank avadanlığının rəsmi distribütoru
+99412 464 4394
+994 50 200 44 22
ASUS VivoBook S15 OLED M3502QA-MA117 90NB0XX2-M00510
15.6″ 2.8K OLED/R5-5600H/RAM 8GB/SSD 256GB/AMD Radeon
ASUS ZenBook 15 UM535QA-KS238 90NB0UK1-M002S0
15.6″ touch/R7-5800H/RAM 16GB/SSD 512GB/AMD Radeon
2022 ASUS ZenBook 14 OLED UM3402YA-KM091 90NB0W95-M004E0
14″ 2.8K OLED/R5-5625U/RAM 16GB/SSD 512GB/AMD Radeon
ASUS VivoBook Pro 15 OLED K3500PC-L1315 90NB0UW2-M004V0
15.6″ OLED/i5-11300H/RAM 16GB/SSD 512GB/RTX 3050 4GB
ASUS VivoBook 13 Slate OLED T3300KA-LQ032W 90NB0VC2-M01330
13.3″ touch OLED/Pentium Silver N6000/RAM 8GB/SSD 256GB/Win 11 Home
2022 ASUS ROG FLOW Z13 GZ301ZE-LD225W 90NR07X1-M00HD0
13.4″ touch WUXGA/i9-12900H/RAM 16GB DDR5/SSD 1TB Gen4/RTX 3050Ti 4GB/Win 11H
2022 ASUS ROG FLOW Z13 GZ301ZE-LD225 90NR07X1-M00EL0
13.4″ touch WUXGA/i9-12900H/RAM 16GB DDR5/SSD 1TB Gen4/RTX 3050Ti 4GB
2022 ASUS ROG Zephyrus Duo 16 GX650RX-LO106W 90NR0921-M006Y0
16″ WQXGA 165Hz/3ms 2.5K (2560×1600)/R9-6980HX/RAM 32GB DDR5/SSD 4TB/RTX 3080Ti 16GB/ScreenPad Plus/Win 11H
Lenovo V15 G2 ALC 82KD0033RU
15.6″ FHD/R5-5500U/RAM 8GB/SSD 512GB/AMD Radeon
ASUS VivoBook 15 K513EA-BQ2411 90NB0SG3-M37250
15.6″ IPS/i5-1135G7/8GB/SSD 256GB
Lenovo IdeaPad 3 15ALC6 82KU00MNRK
15.6″ IPS/R7-5700U/RAM 16GB/SSD 512GB/AMD Radeon
ASUS VivoBook 14 X413EA-EK1770 90NB0RLA-M27250
14″ IPS/i5-1135G7/8GB/SSD 256GB
LENOVO LEGION 5 15ACH6H 82JU00BLRK
15.6″ 165Hz/R7-5800H/16GB/SSD 512GB/RTX 3070 8GB
2022 MSI Crosshair 17 B12UGSZ 9S7-17L352-445
17.3″ 360Hz, sRGB: 100%/i7-12700H/RAM 16GB/SSD 1TB/RTX 3070Ti 8GB
2022 MSI Raider GE76 12UHS 9S7-17K424-802
17.3″ 4K UHD (3840×2160)/i9-12900HK/RAM 64GB/SSD 2TB/RTX 3080Ti 16GB/Win 11 Pro
2022 ASUS TUF Gaming F15 FX507ZM-HN001 90NR09A1-M01010
15.6″ 144Hz/i7-12700H/RAM 16GB/SSD 1TB/RTX 3060 6GB
AzTech 1998-ci ildən Azərbaycanın İT bazarında fəaliyyət göstərir, ASUS, LENOVO və MSI brendlərinin rəsmi distribütorudur. Şirkətin Bakıda ASUS kompüter, kompüter hissələri, kompüter aksessuarları və noutbukların satışı həyata keçirilən rəsmi mağazası da var.
Aztech şirkətinin əsas fərqi satdığı cihaz və avadanlıqların əksər hissəsinin Azərbaycanda distributorunun özü olmasıdır. Bu müştərilərimizə uyğun qiymətə orijinal məhsullar almaq üçün fürsət yaradır. Əsas üstünlüyümüz sadəcə distributor olmağımız deyil. Ölkəmizə hər zaman ən yaxşı, ən keyfiyyərli və ən son noutbuklar və digər cihazlar gətirməyimizdir. Kompüter satışı üzrə ixtisaslaşmış şirkətimiz hər zaman daha yaxşılarını təqdim edir.
AzTech şirkəti fiziki mağaza və onlayn formatda fasiləsiz olaraq öz məhsullarının satışını həyata keçirir. Noutbuklar, kompüterlər, kompüter hissələri və aksessuarları almaq üçün bir zəng yetər. ThinkPad, Ultrabuk, ASUS Zenbook və ASUS Vivobook kimi yeni nəsil noutbukları əldə etmək üçün gözəl fürsətlər təklif edirik. Orijinal Lenovo, MSI və ASUS modelləri hər büdcəyə uyğun qiymətə mövcuddur. Kompüter satışı
Eyni zamanda korporativ satış üçün hər zaman əməkdaşlığa açığıq. Partnyor şirkətlər hər zaman xidmətlərimizdən məmnun qalmışlar.
Aztech şirkəti Bakıda uzun illər ərzində kompüter və noutbuklar satışı üzrə ixtisaslaşmışdır. Bank avadanlıqlarını satışı da əsas prioritetlərimizdəndir. Keyfiyyət göstəricisinə görə Azərbaycanda seçilən məhsulları ilə tanınmışdır. Bütün məhsullar sertifikatlıdır, keyfiyyət və 2020-ci ilin təhlükəsizlik tələblərinə cavab verir. Korporativ satışla maraqlananlar hər zaman bizimlə əlaqə saxlayıb, satış qiymətləri və şərtləri ilə maraqlana bilərlər.
İşçilərimiz, bir qayda olaraq, böyük iş təcrübəsinə malikdirlər. Müasir trendləri yaxşı mənimsəmişlər. Müştərilərin ehtiyaclarını öyrənir, korporativ təkliflər təqdim edirlər. Menecerlər qiymət-keyfiyyət nisbətində keyfiyyətli həll seçimində sizə kömək etməyə daima hazırdırlar.
Kompüterlər, kompüter hissələri, monitorlar və digər məhsulların topdan satışı ilə yanaşı pərakəndə satışı da mövcuddur. Şəhərin mərkəzi hissəsində yerləşən ASUS Brand Store mağazamızda hər bir müştəriyə fərdi yanaşırıq. Fərdi yanaşma – hər bir müştəriyə ona lazım olanı seçməkdə böyük fayda verir. Kompüter və noutbukların satışı zamanı tez tez rast gəldiyimiz bir hal var. Müştəri ona məhz hansı parametrləri olan cihazı seçməkdə çətinlik çəkir. Satış menecerlərimizə noutbuk almaq məqsədinizi desəniz, onlar sizə yardım edəcək. Orijinal və eyni zamanda yüksək keyfiyyətli kompüter aksessuarları axtarışındasınızsa, bizimlə əlaqə saxlayın.
Əməkdaşlığımız müddətində ASUS noutbuklar və digər cihazlar istehsalında yenilikləri ilə bizi hər zaman təəccübləndirir. Ultrabuk, Zenbook seriyalı məhsullar güclü parametrlərlə yanaşı, incə və davamlı cihazlar kimi də hər zaman müştərilərin sevə sevə aldığı cihazlardır. ASUS oyun monitoru – oyun həvəskarlarının vazkeçilməzidir. Hər il yenilənən ASUS noutbuklar gətirdiyi yeniliklərlə bərabər, daha cəlbedici dizaynı ilə rəqiblərini geridə qoyur. Cibimizə yerləşəcək qədər kiçilməsə də, ASUS noutbukları zamanla gücünü artıraraq incə və daha kiçik, rahat daşınan və sutkaya yaxın enerji saxlaya bilən modellər təqdim etmişdir.
LENOVO noutbukları və kompüterləri gücü və sürəti ilə hər zaman rəqiblərindən öndə olmağa çalışır. Brend dünyada ən yeni texnologiyaları özündə birləşdirməkdə davam edir. Daima yenilənən Lenovo bütün noutbuklarda olan ən yaxşı özəllikləri daşıyır. Xüsusilə Lenovo Legion, Lenovo IdeaPad, Lenovo ThinkPad, Lenovo ThinkBook modelləri hər gün onlarla insanın axtardığıdır. Alt brendlər formalaşmaqdadır. Şirkət yenilikçi bir fikir ortaya qoyaraq, rahat istifadə, portativlik və estetik – bu və digər unikal cəhətləri bir modeldə birləşdirmişdir.
Noutbukların satışı ilə məşğul olmaq istəyən mağaza sahibləri – sizin üçün hər zaman daha yaxşı təkliflərimiz var.
MSI oyun kompüterləri və noutbuklar öz sahəsinin ən yaxşılarındandır. MSI noutbukları – oyun noutbuk həvəskarlarının internetdə ən çox axtardığı cihazlardandır.
Tayvan şirkəti olaraq daha çox oyunçular üçün ana plata, video kart, noutbuk və planşet istehsalçısı kimi tanınır. Son illərdə şirkət səylərini mümkün qədər IT auditoriyasının ən tələbkar hissəsi olan oyun həvəskarlarına yönəlik məhsulların istehsalına yönəltmişdir. Oyun seriyası noutbuklar, monobloklar, barebonlar, ana platalar, video kartlar, peşəkar istifadəçiləri üçün CAD / CAM sistemlərinin istehsalı prioritet istiqamətdir. Şirkət ən son texnologiya yeniliklərini tətbiq etməklə müştərilərinin rəğbətini artırmaqdadır. Şirkətimiz vasitəsi ilə uyğun qiymətə MSI Bravo, MSI GF63 Thin, MSI GL75 Leopard, MSI GE66 Raider, MSI GE75 Raider, MSI GP75 Leopard seriyalı noutbuk modellərini 1 gün ərzində əldə edə bilərsiz.
Kompüter hissələri – bu ifadə sadəcə təmiri əks etdirmir. Eyniz zamanda yenilənmə üçün imkanlar yaradır. Köhnə noutbuklar belə hissələri dəyişdirilərək yenilənə bilər.
İstifadə etdiyiniz stolüstü kompüterlər, noutbuklarda olan yaddaş kartları, videokartlar, ana platalar və digər hissələr zamanla sürətlə inkişaf edən texnologiyalardan geri qalır. Bu normal haldır. Texnologiyanın sürəti ilə yarışmaq çox çətindir. Amma 2 il əvvəl aldığınız stolüstü kompüterlər və ya noutbuklar üçün narahat olmayın. Sizə daha böyük sürət, daha böyük yaddaş həcmi, daha keyfiyyətli görüntü və səs bəxş edəcək kompüter hissələri hər zaman dəyişilə bilir.
Münasib qiymətə hər zaman kompüter hissələrini yeniləyə bilərsiz. Əgər kompüteriniz hələdə HDD ilə çalışırsa, onu SSD ilə dəyişib daha böyük sürətə qovuşa bilərsiz.
Oyun həvəskarları bizim məhsulları daha yaxşı tanıyırlar. Simli və simsiz siçanlar, klaviaturalar, qulaqcıqlar, yeni texnologiya olan ROG qurğuları. Bunların əksəriyyətini çox yerdə tapa bilərsiz. Amma orijinal və keyfiyyətli məhsullar məhz bizdə var – AzTech şirkətində. Orijinal kompüter aksessuarları daha uzunömürlü olmaqla yanaşı, eyni zamanda zövqlü dizaynı ilə də istifadəçilərdə xoş hisslər oyadır. Kompüter aksesuarlarımız bununla bitmir. ROG və TUF cihazları, rüqzaqlar və çantalar hər yerdə ala bilməyəcəyiniz çeşidlərdəndir. Kompüter və noutbukların satışı zamanı bəzi aksessuarlar üstündə hədiyyə kimi verilir.