İri Müştərilər üzrə Satış Məsələhətçisi

İri Müştərilər üzrə Satış Məsələhətçisi

İşin təsviri:

Namizədə dair tələblər:

  • Dil bilikləri: Səlis Azərbaycan dili;
  • İş təcrübəsi: Korporativ satışlarda və ya layihələrin icrasında minimum 7 illik uğurlu iş təcrübəsi;
  • Ali təhsil (biznes, marketinq, idarəetmə və ya iqtisadiyyat sahəsində olması üstünlükdür);
  • İri müştərilərlə danışıqlar aparmaq və ehtiyacları düzgün təhlil etmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Aktiv, məsuliyyətli, komandada işləmə, nəticə yönümlü, cəsarətli və vaxtın idarə edilməsi bacarığı olan şəxs.

Vəzifə öhdəlikləri:

  • İri korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Potensial müştərilərin müəyyən edilməsi və yeni satış imkanlarının yaradılması;
  • Müştərilərin tələblərinə uyğun məhsul və xidmətlərin təqdimatı, kommersiya təkliflərinin hazırlanması;
  • Satış planının icrasını təmin etmək və müəyyən olunmuş aylıq/rüblük hədəflərə çatmaq;
  • Müştəri bazasının idarə olunması və yenilənməsi;
  • Satış prosesinin bütün mərhələlərinə (danışıqlar, müqavilə bağlanması və icrası və s.) nəzarət etmək;
  • Bazarın və rəqiblərin fəaliyyətinin təhlili, təkliflərin optimallaşdırılması üçün  tövsiyyələr vermək;
  • Müştəri məmnuniyyətini qorumaq və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər irəli sürmək.

İş şəraiti

  • İş saatları:  10:00-18:00 
  • Əmək haqqı: 3000 AZN
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 5 günlük iş rejimi

Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İri Müştərilər üzrə Satış  Məsələhətçisi” adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.