İşin təsviri:
Namizədə dair tələblər:
- Dil bilikləri: Səlis Azərbaycan dili, əlavə bir xarici dil (İngilis və ya Rus)
- İş təcrübəsi: Satışlarda ümumi 10 illik iş təcrübəsi, minimum 3 il rəhbər vəzifədə
- Ali təhsil (biznes idarəçiliyi, marketinq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
- Liderlik qabiliyyəti
- İqtisadiyyat və bazar göstəricilərini təhlil etmək bacarığı
- Danışıqlar aparmaq, qərar vermək və problemləri həll etmək bacarığı
- Yüksək səviyyədə təqdimat, yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
- Məsuliyyətli, analitik düşüncəli, dəyişiliklərə meyilli islahatçı, böyük nəticələrə yönəlmiş şəxs olmalıdır.
Vəzifə öhdəlikləri:
- Korporativ satış strategiyasını hazırlamaq, həyata keçirmək və planın icrasına nəzarət etmək;
- Satış komandasının idarə edilməsi, motivasiyası və performansının qiymətləndirilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması və yeni korporativ müştərilərin cəlb edilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələblərinin mütəmadi təhlili;
- Satış büdcəsinin formalaşdırılması və icrasına nəzarət;
- Müştərilərlə görüşlərin təşkili, təkliflərin hazırlanması və müqavilələrin bağlanmasına rəhbərlik;
- Korporativ satış hədəflərinin icrasına dair aylıq və rüblük hesabatların hazırlanması;
- Marketinq və məhsul şöbələri ilə koordinasiyada yeni satış fürsətlərinin müəyyənləşdirilməsi;
İş şəraiti
- Əmək haqqı: 5000 AZN
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 5 günlük iş rejimi
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış Şöbəsinin Rəhbəri” adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.