Yeni tədris ilinin başlanması ilə tələbələr arasında texnoloji alış-veriş həyəcanı başlayır. Çox vaxt gənclər valideynlərinə ilk növbədə özləri üçün yeni mobil telefon almaq istəyirlər. Lakin bu qərarın doğru olub-olmadığını düşünmək lazımdır. Mobil telefon yoxsa noutbuk? Hansı tələbələr üçün daha vacibdir? Gəlin, bu suala cavab axtaraq.
Aztechshop.az-da NOUTBUKLAR arzu etdiyin qiymətə!
Tələbələr üçün ən cazibədar texnoloji alətlərin başında mobil telefonlar gəlir. Bəzi telefon modelləri o qədər bahalıdır ki, onların qiyməti hətta orta səviyyəli noutbukların qiymətini ötüb keçir. Məsələn, yeni çıxan telefon modellərinin qiymətləri 2000-3000 AZN arasında dəyişir. Halbuki, eyni büdcəyə yüksək performanslı və təhsildə daha faydalı olan noutbuklar əldə etmək mümkündür. Telefonlar, əsasən, sosial mediada vaxt keçirmək, zənglər və mesajlaşmaq üçün istifadə olunur, lakin təhsildə noutbuk qədər effektiv deyil.
Telefonlar texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə tez köhnəlir. Adətən, bir telefonun ömrü 2-3 ildən artıq olmur, bu müddətdən sonra ya batareya problemi yaranır, ya da cihazın yenilənmələri dəstəkləməməsi səbəbindən istifadəçini məcbur edir ki, yenisini alsın. Noutbuklar isə adətən 4-5 il, hətta bəzi hallarda daha uzun müddət etibarlı qalır və tələbələrin ehtiyaclarını qarşılamaq üçün daha uğurlu bir seçimdir.
Universitet həyatı tələbələrin çox vaxtını tədqiqatlar aparmağa, layihələr hazırlamağa və təqdimatlar etməyə sərf etməsini tələb edir. Bu işlər üçün noutbuklar mobil telefonlardan daha əlverişlidir. Noutbuklar geniş ekran, klaviatura, yüksək hesablama gücü və müxtəlif proqramların dəstəklənməsi ilə tələbələrin bütün akademik ehtiyaclarını qarşılaya bilir. Mobil telefonlar isə yalnız məhdud funksiyalar təklif edir və uzun müddətli yazı işləri və ya tədqiqatlar üçün əlverişli deyil.
Həmçinin daha dolğun və rahat şəkildə infortmasiyalar əldə etmək üçün noutbuklar əvəzedilməzdir. Çox təəssüf ki, tələbəadını qazanan gənclərin çoxunun bunu anlamaları 1 ildən çox çəkir.
Tələbələrin uğurla təhsil almaları və məhsuldar olmaları üçün noutbuklar onların ilk seçimi olmalıdır. Mobil telefonların qiymətlərinin artması fonunda, bir neçə il etibarlı xidmət göstərəcək bir noutbuka sərmayə qoymaq daha məntiqli və uzunmüddətli fayda gətirəcək bir qərardır.
Aztechshop.az hazırda təhsil üçün noutbuklara böyük endirimlər tətbiq edir. Saytımıza daxil olaraq büdcənizə uyğun noutbuk modelini seçə bilərsiz. Taksit imkanlarından da yararlana bilərsiz. Bakıda və rayonlara çatdırılma mümkündür.