Universitetlər Liqası, CS2 və Valorant Final

Universitetlər Liqası, CS2 və Valorant Final

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan Universitetlər Liqası”nın 10.05.2025-ci il tarixində Nizami Arena, STEREOHALL-da baş tutan final mərhələsində şirkətimiz Baş Texniki Sponsor idi.

CS2 və Valorant oyunları üzrə turnirinin final mərhələsində CS2 üzrə ADA və AİA universitetləri, Valorant üzrə isə ATU və AzTU komandaları qarşı-qarşıya gəldilər. Gərgin və həyəcan dolu qarşılaşmalarda oyunçular yalnız fərdi bacarıqlarını deyil, eyni zamanda əsl komanda ruhunu da nümayiş etdirdilər. Sonda, CS2 üzrə AİA (Azərbaycan İdman Akademiyası) komandası, Valorant üzrə isə AzTU (Azərbaycan Texniki Universiteti) komandası turnirin qalibi oldu.

Qalib gələn oyunçuları və çempion komandaları səmimi qəlbdən təbrik edir, gələcək turnirlərdə də eyni əzmkarlıq və uğur arzulayırıq!

Baş Texniki Sponsor olaraq oyunçuların oynadığı bütün kompüter avandalıqları (PC və monitorlar) tərəfimizdən təmin edilmişdir. Aztech şirkəti olaraq ölkəmizdə elektron idman növlərinin inkişafını dəstəkləmək üçün biz də əlimizdən gələni edirik!

Oxşar məqalələr