ASUS ProArt PX13 GoPro Edition – Öz Hekayənizin Qəhrəmanı olun!

  • Home
  • Xəbərlər
  • ASUS ProArt PX13 GoPro Edition - Öz Hekayənizin Qəhrəmanı olun!

ASUS ProArt PX13 GoPro Edition – Öz Hekayənizin Qəhrəmanı olun!

ASUS-dan növbəti yenilik! ASUS şirkəti bu dəfə kontent yaradıcıları üçün ProArt seriyasına məxsus eksklüziv ProArt PX13 GoPro Edition modelini təqdim etdi. GoPro kameralarının macəra ruhu bu eksklüziv modeli yaradıcı, peşəkar insanlar üçün daha əlverişli edir.

Noutbuk AMD Ryzen AI Max+ 395 prosessoru ilə təchiz olunub. 16 nüvə, 5.1GHz’ə qədər sürət və 50 TOPS gücündə AMD XDNA NPU sayəsində süni intellekt əsaslı montaj, render və kontent emalı prosesləri xeyli sürətlənir. Qrafika baxımından isə AMD Radeon Graphics ilə təchiz olunub və enerji səmərəliliyi ilə ön plana çıxır.

13.3 düymlük 3K(2880×1800) ASUS Lumina OLED toxunuşlu ekranı 100% DCI-P3, PANTONE Validated və HDR True Black 500 sertifikatları ilə rəng dəqiqliyini maksimum səviyyəyə daşıyır. Qələm dəstəyi və ASUS DialPad isə video montaj və foto redaktə proseslərini daha efektiv edir.

Model 128GB LPDDR5X RAM və 1TB Gen 4 SSD dəstəyi ilə ağır kreativ iş axınları üçün tam hazır vəziyyətdədir. Wi-Fi 7, Bluetooth 5.4, USB-C 4 Gen 3 portu və microSD kart oxuyucu GoPro istifadəçiləri üçün sürətli fayl ötürülməsini təmin edir.

GoPro Edition-a məxsus xüsusi dizayn elementləri, GoPro Hotkey, qoruyucu daşıma çantası və 1 illik GoPro Premium+ abunəliyi bu modeli klassik ProArt seriyalarından fərqləndirir.

Bir sözlə, ProArt PX13 GoPro Edition studiya, səfərlər və ekstremal çəkilişlərdə yaradıcı insanlar üçün etibarlı texnoloji tərəfdaşdır.

Məhsul haqqında daha ətraflı məlumat üçün link.

 

Oxşar məqalələr