Lenovo Legion Pro 5: Çoxdan gözlənilən yeni nəsil oyun noutbuku

Lenovo Legion Pro 5: Çoxdan gözlənilən yeni nəsil oyun noutbuku

Lenovo Legion Pro 5 oyun noutbuku

Lenovo Legion Pro 5 çoxdan gözlənilən yeni nəsil oyun noutbukudur. Model seriyası münasib qiymətə sürətli performans təklif edir. Qeyd olunan Lenovo noutbukunu əldə etməklə güclü videokart performansı ilə təmin olunmuş peşəkar görünüşlü noutbuk görəcəksiz. Bu yazımızda Lenovo Legion Pro 5 modelini araşdıracağıq.

Lenovo Legion Pro 5 – Güclü videokart performansı

Hər dəfə yeni nəsil videokartlarlarla cihazlar bazara çıxdıqda, ən yaxşı oyun noutbukların siyahısında çox vaxt bahalı, yüksək səviyyəli konfiqurasiyalar üstünlük təşkil edir. Lenovo Legion Pro 5 fərqli bir məhsul təklifidir. Bu digər cihazları geridə qoyan yüksək səviyyəli noutbukdur. Lakin onun müstəsna struktur keyfiyyəti və məqbul qiyməti onu alıcılar üçün cəlbedici edir.

Lenovo Legion Pro 5 oyun noutbuku

RTX 4050 – 4070 videkartlı noutbuklar ekranın yerli həllində əla performans və DLSS 3 kimi yeni nəsil funksiyalar təklif edir. Yeni Pro 5 modeli ən son Intel 13-cü nəsil prosessorları ilə gücləndirilmişdir. Əvvəlki modellərlə müqayisədə satış qiyməti müqabilində daha çox üstünlük təklif edir.

Lenovo Legion Pro 5 (2023) xüsusiyyətləri

Lenovo Legion Pro 5 Gen 8-in bir neçə modeli var, lakin onların əsas modelləri Nvidia RTX 4060 və RTX 4070 ətrafında cəmləşib. Texniki xüsusiyyətlərə əsaslansaq bu, orta səviyyəli oyun noutbukudur, lakin Lenovo cihazı yüksək səviyyəli parametrlərlə təchiz edir.

Nəzərdən keçirdiyimiz modellər movcud qiymətlərə əsasən 1TB SSD yaddaşı və 32GB DDR5 yaddaşı ilə təchiz edilmiş, ala biləcəyiniz ən yüksək səviyyəli konfiqurasiyalardır. Aztechshop.az saytımızda bütün Lenovo Legion Pro 5 16ARX8 modelləri ilə tanış ola bilərsiz.

Daha da əhəmiyyətlisi odur ki, bu modellər Ryzen 5 7645HX, Ryzen 7 7745HX, Ryzen 9 7945HX kimi prosessorlarla təmin olunublar. Əgər pulunuza qənaət etməyə çalışırsınızsa, Ryzen 5 ilə davam edə bilərsiz. Lenovo Legion Pro 5 16ARX8 82WM00C2RK modelləri sizi məmnun edəcəkdir.

Lenovo Legion Pro 5 - Güclü performans

Lenovo Legion Pro 5 – Yeni dizayn

Lenovo-nun Legion dizaynını əksər insanlar tərəfindən bəyənilir. Legion Pro 5-in Gen 8 versiyası yalnız əvvəlki versiyaları yaxşılaşdıran şeyləri təkmilləşdirir. Pro 5-in qalınlığı olmasaydı, xüsusi olaraq oyun üçün qurulmuş noutbuk olmasına inanmaq mümkün olmazdı.

Bucaqlı arxa radiator və qapağın üstündəki diaqonal xətt artıq yoxdur. Bunun əvəzinə, ekran və cihazın arxası üçün üst və yuvarlaq künclərdə hamar alüminium örtük var. Lenovo loqosu olan cilalanmış alüminium nişanı və qarşı tərəfdəki qalın Legion örtüyü ilə birlikdə Legion Pro 5 özünü yüksək statuslu noutbuk kimi göstərir.

O, qətiyyən oyun noutbuku kimi görünmür, lakin hər kəs belə düşünməyə bilər. Təvazökar görünüş tərəfdarları da mövcuddur. Lakin Asus ROG modelləri kimi oyun görünüşlü noutbuk həvaskarısızsa Pro 5 modeli sizin üçün uyğun olmaya bilər.

Yeni tendensiyaya davam

Noutbukda portların əksəriyyətini cihazın arxasına yerləşdirmək tendensiyasını həqiqətən də Lenovo başlatdı. Siçanla hərəkət edərkən USB kabelinə toxunmamaq üçün cihazın yan tərəflərini azad etdi. Legion Pro 5 140 Vt-a qədər gücü dəstəkləyən, iki USB 3.2 Gen 1 Type A portu, tam ölçülü Ethernet və HDMI 2.1 portu və daha çox cihazı dəstəkləyən USB-C portu da daxil olmaqla bir çox portu arxa paneldə yerləşir.  

Yan tərəflərdə bir neçə port var, solda və sağda bir cüt USB-A portu, solda isə USB-C portu var. Lenovo-nun təklif etdiyi portların sayına görə deyil, həm də onların noutbukun ətrafında necə yerləşdiyinə görə fərqlənir.

Lenovo Legion Pro 5 Yeni tendensiyaya davam

Ekran

Lenovo Legion Pro 5-də güzəştə getdiyi bir şey varsa, o da ekrandır. Standart bir IPS panelidir. Əsasən qalın tutqun örtüklü və pik parlaqlığı 364 nit olan ekrandır. 165Hz yeniləmə sürəti oyun üçün yaxşıdır və onun diskret və inteqrasiya olunmuş qrafika üçün həm G-Sync, həm də FreeSync-i dəstəklədiyini yüksək qiymətləndirirəm.

Klaviatura: oyun üçün əladır, yazmaq üçün də uyğundur

Pro 5 16ARX8 modelində münasib klaviatura var. O, Lenovo-nun ikonik TrueStrike dizaynını daha kiçik rəqəmlər paneli, ox düymələri və hər düymə üçün RGB işıqlandırma ilə təqdim edir. Düymələr daha sürətlidir. Oyunlarda düymələri tez basmaq üçün yaxşıdır.

Gözlədiyim növbəti nəsil oyun noutbuku

Bazarda yeni nəsil komponentləri özündə cəmləşdirən çox sayda yüksək səviyyəli, bahalı oyun noutbuklarını movcuddur. Model Pro 5 yüksək səviyyəli performans, premium struktur keyfiyyəti və layiqli qiymət arasında qızıl ortaya yaxın nöqtədə əlçatandır.

Necə əldə etmək olar?

2023 model Lenovo Legion Pro 5 16ARX8 oyun noutbuklarını Aztechshop.az internet mağazasında axtarın! Hazırda 4 model Legion Pro 5 modelləri mövcuddur.

LENOVO LEGION Pro 5 16ARX8 82WM00C2RK (2023)

LENOVO LEGION Pro 5 16ARX8 82WM0096RK (2023)

LENOVO LEGION Pro 5 16ARX8 82WM00BYRK (2023)

LENOVO LEGION Pro 5 16ARX8 82WM00C1RK (2023)

Siz sifariş verin biz evinizə qədər gətirək. Saytımızda müxtəlif model oyun noutbukları mövcuddur. Seçim etməkdə çətinlik çəkirsiz? Mütəxəssislərimiz sizə kömək edəcəklər. Aztech şirkəti uzun illərdir Lenovo brendinin Azərbaycanda distributorudur.

Oxşar Post