“Computex 2024” sərgisi başa çatdı!

  • Home
  • News
  • "Computex 2024" sərgisi başa çatdı!

“Computex 2024” sərgisi başa çatdı!

Computex 2024 sərgisinə ev sahibliyi edən Tayvan bugün partnyor axtarışında olan xarici şirkət və investorlar üçün mühüm strateji mərkəz rolunu oynayır. İlk dəfə 1981-ci ildə keçirilən sərgi ildən-ilə böyüyür, hər il iştirak edən ölkələrin və iştirakçıların sayı artır, bu il isə sərgidə 26 ölkədən 1600-dan artıq təmsilçi iştirak edirdi. CeBİT (Almaniya) sonra bugün Computex Taypey sərgisi öz miqyasına görə dünyada 2-ci yeri tutur. Sərgidə müxtəlif İT şirkətlərin, eləcə də Azərbaycanda rəsmi olaraq təmsil etdiyimiz 2 Tayvan əsaslı şirkət, ASUS və MSI brendlərinə məxsus stendlərin möhtəşəmliyi və yeni modellər sadəcə göz oxşayırdı. 4 gün davam edən sərgi iyunun 7-də rəsmi olaraq başa çatdı və sonuncu gün sərginin qapıları bütün ziyarətçilərə açıq elan olunmuşdu. Əlbəttə ki, süni intelekt dəstəkli yeni noutbuklar, buludlar, ən son texnoloji yeniliklər ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Digər məqalələr

Şərhlər bağlıdır