Tayvanın ən dəyərli beynəlxalq brendi hesab olunan ASUS şirkəti 1989-cu ildə təsis olunmuşdur. Hazırda dünyada 3 ən böyük istehlakçı noutbuk vendorlarından biridir, ana plata və gaming brendlərə görə isə Nömrə 1-dir.
ASUS-un 19 illik partnyoru olaraq, Tayvana səfər zamanı komandamızın üzvləri “ASUS” şirkətinin dəvəti ilə Taypey şəhərində olan baş ofisi ziyarət etdilər. Şirkətin dünyada 17 000-dən artıq əməkdaşı var, ofisin interyeri və dizaynı isə sadəcə göz oxşayırdı. İnnovativlik və keyfiyyəti fəaliyyətində əsas prioritet hesab edən ASUS şirkəti sayısız-hesabsız beynəlxalq mükafatların da qalibi olmuşdur. “ASUS” istehsal etdiyi məhsulların keyfiyyətinə olduqca həssaslıqla yanaşır. Belə ki, istehsal olunan noutbuklarda dözümlülük, istilik müqaviməti, rütubətə davamlılıq və digər testlərin beynəlxalq standartlarına uyğun necə yoxlanılmasının, bütün yenilikçi ideyaların hansı ortamda yarandığının, müxtəlif təyinatlı modellərin ilk gündən bugünə kimi keçdiyi inkişaf tarixi ilə baş ofisdə bir daha yaxından tanış olduq. Baş ofisdən olan xatirə fotolarını Sizlərlə də bölüşürük.