“Asus Brand Store”un 3 yaşı tamam olur

“Asus Brand Store”un 3 yaşı tamam olur

Asus Brand Storeun 3 yaşı tamam olur

“Asus Brand Store”un 3 yaşı tamam oldu.  

Bununla bağlı  “Aztech” şirkətinin təsisçisi və Baş direktoru Zülfüqar Babayev Marja.az-a müsahibə verib və “Asus Brand Store”un açılması qərarının ortaya çıxmasından danışıb.

O bildirib ki, 1998-ci ildən fəaliyyət göstərən “Aztech” şirkəti 2005-ci ildən Tayvanın ASUS şirkətilə əməkdaşlıq edir. 2006-cı ildə “BakuTel” sərgisində o dövrün ən qabaqcıl noutbuk modelləri nümayiş olunub. 2019-cü ildə, 21 il sonra qərar verilib ki, “Aztech” şirkəti pərakəndə bazarda da təmsil olunmalıdır. 

“Həmən ilin oktyabr ayında bizi ASUS-un 30 illiyinə dəvət etmişdilər. Mən tədbirdə planlarımı açıqlayanda dərhal təklif gəldi ki, gəlin o mağazanı birlikdə “Asus Brand Store” edək. Açılışla bağlı bütün proseslərə elə orada start verilmişdir”,- Zülfüqar Babayev bildirib.

“Asus Brand Store”un 3 yaşı münasibətilə hazırlanmış çarxda “Aztech” şirkətidə Marketinq şöbəsinin baş meneceri Gülnar İsmayılova qeyd edib ki, mağaza üçün qarşıya qoyulan 3 illik hədəflərə 1 ildə çatılıb: “Hətta nəticələr o qədər gözlənilməz idi ki, bu yaxınlarda mağazada 10 mininci çeki vurduq. 10 mininci müştərini uğurlamaq çox xoş bir hiss idi”.

Videonu izləyərək daha ətraflı maraqlı məlumatlar öyrənə bilərsiniz. 

Oxşar Post