Uşaq Onkoloji Mərkəzə İANƏ

Uşaq Onkoloji Mərkəzə İANƏ

27.11.2024-cü il tarixində şirkətimizin nümayəndələri Bakı şəhər Uşaq Onkoloji Mərkəzdə müalicə alan uşaqları ziyarət ediblər. Şirkət tərəfindən müalicə alan uşaqlar üçün Mərkəzə portativ MSI CLAW oyun konsolları hədiyyə olaraq təqdim olundu. Məqsəd video oyunlar oynayaraq, müalicə alan uşaqların ətraf mühitdən və doğmalarından təcridin fəsadlarını minimallaşdırmaq, uşaqları darıxmağa qoymamaq, müalicə zamanı ağrı və həyəcanı azaltmağa kömək etməkdir.

Dünyada aparılan tibbi araşdırmalarda, müxtəlif universitetlərin, pediatriya jurnallarının məqalələrində video oyunların müalicə zamanı ağrı və həyəcanı azaltmağa faydası barədə bugünədək xeyli nəşrlər olmuşdur. Həmin nəşrlərdə bildirilirdi ki, video oyunlar nəinki stressi azaltmağa kömək edir, eləcə də uşaqların müalicəsi zamanı ağrını azaldır, onları darıxmağa qoymur, tibbi prosedurlardan öncəki stresi minimallaşdırır, qısası oyun terapiyası xarakteri daşıyır.

Bütün uşaqlara sağlamlıq arzu edirik, üzlərindən gülüş heç vaxt əskik olmasın!

Oxşar Post