Az qaldı… NVIDIA RTX 50 seriyalı noutbuklar tezliklə satışda!

  • Home
  • Xəbərlər
  • Az qaldı… NVIDIA RTX 50 seriyalı noutbuklar tezliklə satışda!

Az qaldı… NVIDIA RTX 50 seriyalı noutbuklar tezliklə satışda!

30.01.2025-ci il tarixində NVIDIA şirkəti yeni və çox güclü RTX 50 seriyasını rəsmi olaraq təqdim etdi. Rəsmi təqdimatdan sonra bir sıra kompüter istehsalçıları yeni RTX 50 seriyalı noutbukların tezliklə satışa çıxarılacağını elan etdilər.

Yeni seriya RTX 5080 və RTX 5090 modelləri ilə oyunçular, yaradıcı insanlar və Sİ əsaslı işləyən istifadəçilər üçün sərhədsiz güc, performans və imkanlar vəd olunur. NVIDIA Blackwell arxitekturası sayəsində oyunlar və ağır qrafik işlər zamanı FPS maksimuma çatır, enerji istifadəsi isə daha səmərəli olur. Son nəsil RTX 5090 videokartı 24GB GDDR7 yaddaşı ilə ultra-qrafika və Sİ əsaslı işlərdə inqilabi imkanlar təqdim olunur. RTX 5090 ilə müqayisədə qiyməti daha münasib olan RTX 5080 isə 16GB GDDR7 yaddaşı ilə həm oyunçular, həm də peşəkar istifadəçilər üçün ideal seçim olacaqdır.

Bu GPU-larla DLSS 4.0 texnologiyası və təkmilləşdirilmiş ray tracing sayəsində görüntülər daha real, kadr sürəti isə daha sabit olacaqdır. Süni intellektin gücü ilə performans və görüntü, yeni RTX 50 seriyalı videokartlarda daha üst səviyyəyə yüksələcəkdir!

Hər zaman yenilikləri bazara ilk təqdim edən şirkət olaraq bu yeni, güclü RTX 50 seriyalı videokartlarla təchiz edilmiş noutbuklar çox yaxında mağazamızda satışda olacaqdır. RTX 50 seriyasının inanılmaz gücünü ilk sınaqdan keçirənlərdən biri olmaq istəyirsizsə, bizi yaxından izləməyə davam edin!

Oxşar Post