Kəlbəcər məktəbinə 73 noutbuk HƏDİYYƏ olundu!
İşğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda şirkətimiz bir sıra sosial məsuliyyət yönümlü layihələri silsilə şəkildə icra etməyə davam edir. Bu dəfəki istiqamətimiz isə 5 il

İşğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda şirkətimiz bir sıra sosial məsuliyyət yönümlü layihələri silsilə şəkildə icra etməyə davam edir. Bu dəfəki istiqamətimiz isə 5 il bundan öncə işğaldan azad olunmuş Kəlbəcər rayonudur. Bildiyimiz kimi, 25 noyabr “Kəlbəcər şəhəri günü” kimi qeyd olunur və bu münasibətilə şirkətimiz Kəlbəcər rayon orta məktəbə 73 noutbuk, periferiya avadanlıqları hədiyyə etmişdir. Kəlbəcər rayonunun qəliz relyefi və coğrafi mövqeyini nəzərə almaqla, məktəbdə təhsil alan şagirdlərin tədris prosesini təkmilləşdirmək, eləcə də asudə vaxtlarını daha səmərəli təşkil etmək, onlayn təlimlərə qoşulmaq, dünyagörüşlərini və internet araşdırmalarını artırmaq məqsədilə 63 şagirdə 63 noutbuk, məktəbin müəllim heyətinə isə əlavə olaraq 10 ədəd noutbuk, ekran/proyektor və printerlər ianə edilmişdir.
Tədbirdə “Azerbaijan Technologies” şirkətinin rəhbəri Zülfüqar Babayev, B.Cəfərov adına məktəbin direktoru və müəllim heyəti, Şərqi Zəngəzur Təhsil İdarəsinin bölgə üzrə müdiri və Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyinin vəzifəli şəxsləri iştirak edirdilər. Məktəblilərin də tədbirdə maraqlı çıxışları oldu, tədbirin sonunda isə rəsmi nümayəndələr və məktəbin direktoru bir daha belə gözəl təşəbbüsə görə “Azerbaijan Technologies” şirkətinə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Bu ianə “Azerbaijan Technologies” şirkətinin Qarabağda icra etdiyi artıq 3-cü sosial məsuliyyət yönümlü layihədir. Belə ki, şirkətimiz 01.11.2023-cü il tarixində Laçın rayonu 2 saylı orta məktəbə 30 ədəd noutbuk hədiyyə etmiş, elə həmin ilin dekabr ayında isə Laçınlı məktəblilər arasında ilk gaming festivalını təşkil etmişdir. Ardınca, 05.12.2024-cü il tarixində Xankəndində, Qarabağ Universitetində “AZTECH” otağını təsis edərək, “Azerbaijan Technologies” şirkəti yüksək qrafik göstəricilərinə malik 15 ədəd kompüter dəstini Universitetin Dizayn və Tətbiqi Sənət kafedrasına hədiyyə etmişdir. Eyni zamanda Qarabağda ilk kompüter oyunları turnirini də Xankəndində, Qarabağ Universitetində məhz “Azerbaijan Technologies” şirkəti keçirmişdir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub!





İşğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda şirkətimiz bir sıra sosial məsuliyyət yönümlü layihələri silsilə şəkildə icra etməyə davam edir. Bu dəfəki istiqamətimiz isə 5 il
Artıq 1 ildir ki, Aztech şirkəti tərəfindən “Oyun Terapiyası” adlı silsilə tədbirlər həyata keçirilir. Məqsədimiz reabilitasiya keçən uşaqların motivasiyasını yüksəltmək, onların gündəlik müalicə prosesini nisbətən

Sevindirici haldır ki, işğaldan azad olunmuş torpaqlarda sürətlə

30 oktyabr 2024-cü il tarixində Bakıdakı “Four Seasons”

Yeni tədris ilinin başlanması ilə tələbələr arasında texnoloji

Münasib qiymətə noutbuk almaq istəyirsiniz? Bu hər zaman

MSI Stealth 16 Mercedes-AMG Motorsport A1VGG ilə lüks

ASUS yenə də dünyanı dəyişir! Vivobook S 15

Asus Zenbook 14 OLED – Kreativ düşünənlər və

MSI Claw A1M – qarşılayın Intel Core Ultra

MSI Titan 18 HX – MSI özünün ən

ASUS ROG Strix G18 noutbuku ROG Strix üzrə

Lenovo Legion Go oyun konsolu səviyyəli performans və

ASUS, kompüter sənayesində performans və istifadəçi təcrübəsinin yeni

Lenovo Yoga 6 noutbuku (8-ci nəsil, 13, AMD)

MSI Raider GE78 HX 13V GeForce RTX 40

Windows 10 Pro ilə təchiz edilmiş yeni ASUS

Lenovo Yoga 7 noutbuku AMD Ryzen™ 7000 Series

Güclü və yığcam ASUS Zenbook S13 OLED noutbuku

ASUS Vivobook 13 Slate OLED, innovativ multi-rejimli dizaynı

ASUS ROG Strix G16 noutbuku rahat oyun və

ExpertBook B9 OLED (B9403, Intel 13-cü nəsil) –

Lenovo Legion Pro 5 çoxdan gözlənilən yeni nəsil

MSI Katana GF66 oyun noutbuku adını ilk dəfə

Asus ROG Zephyrus G16 oyun oynamaq üçün möhkəm

Lenovo Legion T7 34IRZ8 Storm Grey Lenovo istehsalı

Asus TUF Gaming A15 – hər kəsin ala
