ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

ASUS və Aztech-in birgə təşkilatçılığı ilə 26.11.2025-ci il tarixində “Four Seasons” otelin “Rast” zalında ASUS-un biznes seqmenti olan Expert seriyasına həsr olunmuş biznes konfransı keçirildi. Tədbirdə ASUS şirkətindən rəsmi qonaqlar və əməkdaşlıq etdiyimiz bir çox şirkətlərin nümayəndələri iştirak edirdilər. ASUS-un rəsmi nümayəndələri biznes konfrans zamanı Expert seriyasının flaqman modelləri olan B9, B5, B3, P5, P3 həmçinin ExpertCenter P400 monobloklar və ExpertCenter D7 kompüterlər barədə ətraflı məlumat verdilər.
Tədbirin rəsmi hissəsindən sonra musiqili və əyləncəli şou-proqram baş tutdu. Eləcə də tədbirdə iştirak edən bütün nümayəndələr demo zonasında təqdim olunan modellərə yaxınlaşıb, noutbukları yerindəcə sınadılar və onlarla yaxından tanış oldular. Canlı musiqi, müxtəlif rəqslər və ifalar tədbirə xüsusi rəng qatırdı. Tədbirin sonunda uduşlu viktorina keçirildi və bir neçə qalib seçildi.
Tədbirə göstərilən böyük marağa və fəal iştiraka görə bütün qonaqlara təşəkkür edirik!

