Kompüter təhlükəsizliyinin təmin olunması üçün 7 prinsip

Kompüter təhlükəsizliyinin təmin olunması üçün 7 prinsip

Kompüter təhlükəsizliyinin təmin olunması üçün 7 prinsip

Kompüter təhlükəsizliyi texnologiya dünyasında kompüterlərin icad olunması ilə birlikdə yaranıb. İnternetin kəşfi bu məsələni bir ciddi problem halına gətirib.

1. Kompüter təhlükəsizliyi üçün təhlükəsiz brauzer

Çoxumuz üçün brauzer İnternetdir. Onun köməyi ilə biz bilavasitə iş, əyləncə, məlumat axtarışı, xidmətlər üçün ödəniş, ünsiyyət və onlayn etdiyimiz demək olar ki, hər şey üçün onlayn resurslara çıxış əldə edirik.

Brauzer Ümumdünya Şəbəkəsi ilə qarşılıqlı əlaqədə olmaq üçün bizim ilk və əsas alətimiz olduğundan, onun mümkün qədər təhlükəsiz olması məntiqlidir.

Xoşbəxtlikdən, ən populyar brauzerlər standart kompüter təhlükəsizliyini təmin edir. Firefox, Edge, Chrome, Safari və ya Opera istifadə etməyinizdən asılı olmayaraq, onların daxili təhlükəsizlik xüsusiyyətləri əsas ehtiyaclarınızı problemsiz həll edir. Doğrudur, yalnız brauzerin ən son versiyası varsa. Buna görə yeniləmələri necə yoxlamaq lazım olduğunu öyrənməyə dəyər. Bunu daha tez-tez edin və ya proqram parametrlərində avtomatik yeniləmələri aktiv edin.

Brauzerinizin nə qədər etibarlı olmasından asılı olmayaraq, üçüncü tərəf tətbiqlərindən eyni şeyi gözləməməlisiniz. Bir nümunəyə baxaq. 2017-ci ilin dekabrında Tiempo en Colombia en vivo (“Bu gün Kolumbiyada hava”) adlı bir zərərli tətbiq aşkar edildi. Havanı göstərməklə eyni vaxtda o, səssizcə uzaq serverə qoşulub, sonra isə zərərli faylı yükləyib işə salıb. Buna görə də, hər hansı bir brauzer uzantısını quraşdırmadan əvvəl bu barədə rəyləri oxuyun.

Adi bir brauzerdən möcüzə gözləməyin

Bəzən sadəcə şübhəli keçidə klikləmək istəyi yaranır. Düşünürsən ki, Chrome sizi potensial təhlükə barədə mütləq xəbərdar edəcək. Bəlkə də belə olacaq. Ancaq statistikaya görə, çox vaxt belə olmur. Son araşdırmalar göstərir ki, 17,5 milyondan çox internet saytı virusa yoluxub. Və onların yalnız 15%-i axtarış sistemlərinin qara siyahısına düşüb. Başqa sözlə desək, 15 milyona yaxın yoluxmuş sayt var ki, onlar haqqında brauzerin xəbəri yoxdur və buna görə də bizi xəbərdar edə bilmir.

Buna görə də yaxşı reytinqə malik şirkətlər tərəfindən istehsal olunan gücləndirilmiş qorunma ilə ixtisaslaşmış brauzerlərdən istifadə etmək lazımdır.

2. Reklamın bloklanması

İlk baxışdan belə görünür ki, reklam blokerləri qorunmaq üçün deyil, rahatlıq üçündür. Bütün bu pop-up mesajları, arxa planda açılan pəncərələr, banner reklamları və düymələr olduqca bezdiricidir. Onları bloklamaq İnternetdə gəzməyi çox daha xoş edəcək. Lakin brauzerinizdə reklamların miqdarının məhdudlaşdırılması təhlükəsizlik baxımından da vacibdir. Reklamlar zərərli proqramlar üçün inanılmaz dərəcədə təsirli alət ola bilər və həmçinin haker hücumları üçün alət rolunu oyna bilər.

Bu cür haker hücumu zərərli reklam (Malvertising) adlanır. Şübhəsiz reklam linki sizi casus proqramdan tutmuş şantaj edilmə proqramına qədər hər şeyi götürə biləcəyiniz zərərli sayta yönləndirir. Kompüter təhlükəsizliyiniz ciddi təhdid qarşısında qala bilər.

Sosial mühəndislik

Son illər onlayn reklamla bağlı daha bir problem yaranıb. Biz artıq ünvanlı reklamlara öyrəşmişik, onun köməyi ilə marketoloqlar bizi maraqlandıran məhsulları satmağa çalışırlar. Amma indi müəyyən siyasi və dini əqidələrini bizə satmaq istəyənlər də var. Məqsədli reklam vasitəsilə bu cür qüvvələr bizə psixoloji reklamlarını yönləndirirlər. Bu, internetdə reklamdan istifadə edərək, siyasi xarakterli sosial mühəndislikdir.

Pulsuz, etibarlı reklam bloklama plaginləri əksər brauzerlər üçün hazırlanmışdır. Reklamların bloklanmasından istifadə edərkən ən etibarlı saytlar ağ siyahıya salınmalıdır ki, sevimli bloqlarınız və xəbər portallarınız qanuni reklamdan pul qazana bilsin.

3. Zərərli proqram əleyhinə proqram

Bu gün fırıldaqçıların şəxsi məlumatlarımızı oğurlamağa və ya viruslara yoluxmağa çalışdıqları o qədər təhlükəli saytlar, zərərli reklamlar və digər vasitələr var ki, yaxşı bir antivirus proqramı olmadan bunu etmək mümkün deyil. Gec-tez kompüterimiz hələ də hansısa virusa tutula bilər. Və bu baş verərsə, onu mümkün qədər tez və effektiv şəkildə təmizləmək lazımdır. Fişinq saytlarına düşmə riskini unutmayın.

Bəzi əməliyyat sistemlərinin zərərli proqramları silmək üçün öz alətləri var. Məsələn, Windows OS-də bunun üçün daxili alət var. Kompüter təhlükəsizliyiniz üçün Windows-un təklif etdiyi alətlər hər versiyada daha da təkmilləşdirilir.

4. Parol meneceri və generator

Güclü şifrə təhlükəsizliyin əsas prinsiplərindən biridir. Ancaq çox vaxt onlara laqeyd yanaşılır. Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) tərəfindən 2019-cu ildə aparılan bir araşdırma, dünyada 23 milyondan çox istifadəçinin hələ də şifrə kimi “123456” istifadə etdiyini göstərdi.

Yaxşı şifrə müxtəlif hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan ibarət unikal və uzun simvollar dəstidir. Nə qədər uzun və mürrəkəb – onu sındırmaq üçün bir o qədər çox müddət deməkdir. Müasir noutbuklarda həqiqətən güclü şifrənin sındırılması ağlasığmaz vaxt aparacaq. Bu müddət yüzlərlə, minlərlə ilə çıxa bilər. Gələcəkdə kvant kompüterləri hər şeyi dəyişəcək, bu müddətlər artıq bir neçə saniyəyədək azala bilər. Lakin bu, tamam başqa hekayədir.

Şifrə təhlükəsizliyi ilə bağlı əsas problemi yəqin ki, hamımız bilirik. Bütün saytlarda, bütün xidmətlərdə fərqli şifrələrdən istifadə etməliyik. Və onların hər biri uzun və mürəkkəb olmalıdır. Şifrələri kompüterinizdə və ya noutbuklarda yazmaq pis fikirdir, bu kompüter təhlükəsizliyiniz üçün acı nəticələrə səbəb ola bilər. Pis adamlar bu qeydlərə çatdıqdan sonra bütün hesablara və şifrələrə giriş əldə edə biləcəklər.

Yaxşı və təhlükəsiz şifrə meneceri təkcə unikal və mürəkkəb şifrə yaratmağınıza kömək etməyəcək, həm də onları sahib olduğunuz istənilən cihazdan avtomatik daxil etməklə həyatı bir az asanlaşdıracaq. Onlar sındırılması mümkün olmayan unikal və mürəkkəb şifrələr yaradırlar. Etməli olduğumuz şey xidmətin özünə daxil olmaq üçün əsas parolu yadda saxlamaqdır. İnternedə və brauzerlərdə bir çix şifrə generatorları mövcuddur.

5.VPN

VPN (virtual özəl şəbəkə) xidmətləri yaxın vaxtlara qədər “niş” aləti idi. Lakin şəxsi məlumatların onlayn qorunması hər il getdikcə çətinləşir və hədəflənmiş reklamlar müdaxilə edir və hər yerdə yayılır. Buna görə də, bir çoxları İnternetdə məxfiliyini qorumaq üçün yeni yollar axtarmağa başlayır.

VPN xidmətləri sorğunu təyinat yerinə yönləndirməzdən əvvəl internet trafikini mərkəzləşdirilmiş server şəbəkəsi vasitəsilə yönləndirir. Cihazınız və ziyarət etdiyiniz saytlar arasında vasitəçi belə görünür – yeni anonim IP ünvanı. Bu o deməkdir ki, casus kukiləri və ya digər trafikə nəzarət edən zərərli proqramlar iştirak edərsə, təcavüzkarlar yalnız sizin əvəzinizə VPN serverini aşkarlaya biləcəklər. Etibarlı VPN-lər kompüter təhlükəsizliyi üçün əsas alətə çevirilə bilər.

VPN provayderi seçərkən diqqətli olun. Yalnız tanınmış və sübut edilmiş xidmətlərə etibar edərək kompüter təhlükəsizliyinizi gücləndirə bilərsiz. Əks təqdirdə, özünüzü çox çətin bir vəziyyətə sala bilərsiz. VPN provayderi öz qeydlərini saxlaya bilər. VPN sahibləri vicdansızdırlarsa, bu məlumatları digər şəxsi məlumatlarla birlikdə sata bilərlər. Nəticədə VPN-dən istifadə vəziyyəti daha da pisləşdirəcək.

6. Ehtiyat nüsxələri yaradın

Bəzən cihazlarımız xarab olur və öz fayllarımıza girişimizi itiririk. Səbəblər fərqli ola bilər: virusa yoluxma, disk zədələnməsi və ya kritik proqram çatışmazlığı. Daimi ehtiyat nüsxələri məlumat itkisi halında vaxta və əsəblərə qənaət edəcək.

Məlumatların ehtiyat nüsxəsini çıxarmağın bir çox yolu var. Siz məlumatları xarici diskdə saxlaya bilərsiniz (məsələn, çıxarıla bilən sabit disk). Bu üsul geri qaytarıla bilən və uzunmüddətli ehtiyat nüsxələri yaratmağa imkan verir. Lakin məlumatların tez-tez yenilənməsi lazımdırsa, bu seçim çox vaxt aparır. Bu cür fiziki disklər zədələrə həssasdır və zaman keçdikcə xarab olur. Bahalı məlumatların bərpası prosedurlarına və ya məlumat itkisinə səbəb ola bilər.

Ehtiyat nüsxələr buludda saxlanıla bilər. Böyük bulud saxlama xidmətlərinin bir çoxu müəyyən miqdarda məlumatı pulsuz saxlamaq imkanı təklif edir.

7. Məlumatların şifrələnməsi

Məlumatların şifrələnməsi adətən pərdə arxasında qalır. Saytda parol yaratdığımız zaman o, şifrələnmiş formada saxlanılır (və ya heç olmasa belə olmalıdır) ki, hakerlər xidmətin verilənlər bazasına daxil olarsa, bizim giriş məlumatlarımızı oxumağın qarşısını alır. Qəbul edilmiş standartlara və tələblərə uyğun olaraq, kiçik müəssisələr adətən saxladıqları məxfi istifadəçi məlumatlarını şifrələyirlər. Beləliklə, müəyyən mənada biz artıq şifrələmənin faydalarından istifadə edirik. Ancaq öz təhlükəsizliyiniz üçün evdə şifrələmə haqqında düşünməlisiniz, kompüter təhlükəsizliyinizi ciddiyə alın.

Kompüter təhlükəsizliyi üçün ehtiyat nüsxələri şifrələmək

Həssas məlumatların ehtiyat nüsxəsini çıxararkən onları şifrələmək də yaxşı fikir ola bilər. Bir çox bulud saxlama xidmətləri bunu avtomatik edir, lakin yerli məlumatların şifrələnməsi xüsusi proqramlar tələb edə bilər.

Bir çox VPN xidmətləri gedən trafik üçün şifrələmə təmin edir, lakin bu, onlayn məxfiliyimizi qorumaq üçün yeganə yol deyil. Wi-Fi şəbəkənizdə şifrələməni aktivləşdirə bilərsiniz. Təlimatlar marşrutlaşdırıcının təlimatında verilmişdir. Brauzerinizdə və ya marşrutlaşdırıcınızda HTTP bağlantılarını rədd etməyə imkan verən parametrlər varsa (kompüter mümkün olduqda yalnız daha təhlükəsiz HTTPS standartından istifadə edəcək), onlardan istifadə edin. Brauzerimizdə bu parametr standart olaraq aktivdir.

Əgər bir neçə ailə üzvü kompüterdən istifadə edirsə, siz onları icazəsiz girişdən qorumaq üçün müəyyən fayl və ya qovluqları şifrələməlisiniz. Windows bunun üçün öz alətlərini təklif edir, lakin faylların, qovluqların və sürücülərin şifrələnməsi üçün bir çox üçüncü tərəf xidmətləri var. Bir qayda olaraq, şifrələmə xidmətini seçərkən yaxşı rəyləri olan tanınmış alqoritmləri seçin. Kriptoqrafiya icması tərəfindən hərtərəfli araşdırılmamış xidmətlərdən istifadə etməkdən çəkinin.

Digər məqalələr

Şərhlər bağlıdır