ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində müalicə alan uşaqların istifadəsi üçün Mərkəzə tərəfimizdən portativ MSI oyun konsolları 13.03.2025-ci il tarixində hədiyyə edildi!
Məqsədimiz reabilitasiya prosesində keçən uşaqların motivasiyasını yüksəltmək, onların gündəlik müalicə prosesini nisbətən yüngülləşdirmək, boş-asudə vaxtlarını daha səmərəli təşkil etmək, eləcə də oyun terapiyası vasitəsilə psixoloji və fiziki bərpa proseslərinə müsbət təsir göstərməkdir.
Oyun terapiyası əyləncəli olmaqla yanaşı, eləcə də uşaqların motorika bacarıqlarını inkişaf etdirməyə, əzələlərinin koordinasiyasını artırmağa, göz kontaktı bacarıqlarını, anında sürətli reaksiya vermə qabiliyətini və sosial adaptasiyanı gücləndirməyə kömək edəcəkdir.
Balaca qəhrəmanlarımızın gülümsəməsi bizim üçün ən böyük motivasiyadır!


