Az qaldı… NVIDIA RTX 50 seriyalı noutbuklar tezliklə satışda!
30.01.2025-ci il tarixində NVIDIA şirkəti yeni və çox güclü RTX 50 seriyasını rəsmi olaraq təqdim etdi. Rəsmi təqdimatdan sonra bir sıra kompüter istehsalçıları yeni RTX
2019-cu ilin dekabr ayının 28-də nəhayət ki, ASUS Brand Store qapılarını 28 May küç.15 ünvanında öz müştərilərinə açdı. Qeyd edək ki, öz konsepti və tərzi ilə xüsusilə seçilən mağazamız ASUS-un Azərbaycanda ilk rəsmi satış mərkəzidir.
Mağazada geniş çeşiddə, eləcə də müxtəlif konfiqurasiyada noutbuklar, monobloklar, monitorlar, oyun noutbukları, desktoplar, aksessuarlar, periferiya və ASUS brendinə məxsus digər məhsulların ən yeni modelləri təqdim olunur. Belə ki, mağazada müştərilər oyun noutbuklarını yerindəcə sınaya və ya müxtəlif testlərdən keçirə bilərlər. Mağazamızda çalışan peşəkar komanda alıcılara ASUS məhsulları ilə bağlı konsultasiya, peşəkar tövsiyyələr verəcək və əlverişli qiymətə düzgün modeli seçməkdə daima köməklik göstərəcəklər.
Aztech şirkəti 2005-ci ildən ASUS brendinin Azərbaycanda rəsmi distributorudur və ötən illər ərzində hər zaman bazara ən son innovativ məhsulları təqdim etmişdir. Yerli müştərilərin marağını və tələbatını nəzərə alaraq, biz istehsalçı ilə Bakıda ilk Brand Store açmağı razılaşdırdıq.