Şad xəbər!!! Artıq mağazamızda kredit mövcuddur!
Əziz müştərilər, sizə sevindirici bir xəbərimiz var! 01.11.2024-cü il tarixindən etibarən mağazamızda bütün laptopları daha sərfəli şərtlərlə, 2, 3, 6, 9, 12, 18 ayadək kreditlə
“Asus Brand Store”un 3 yaşı tamam oldu.
Bununla bağlı “Aztech” şirkətinin təsisçisi və Baş direktoru Zülfüqar Babayev Marja.az-a müsahibə verib və “Asus Brand Store”un açılması qərarının ortaya çıxmasından danışıb.
O bildirib ki, 1998-ci ildən fəaliyyət göstərən “Aztech” şirkəti 2005-ci ildən Tayvanın ASUS şirkətilə əməkdaşlıq edir. 2006-cı ildə “BakuTel” sərgisində o dövrün ən qabaqcıl noutbuk modelləri nümayiş olunub. 2019-cü ildə, 21 il sonra qərar verilib ki, “Aztech” şirkəti pərakəndə bazarda da təmsil olunmalıdır.
“Həmən ilin oktyabr ayında bizi ASUS-un 30 illiyinə dəvət etmişdilər. Mən tədbirdə planlarımı açıqlayanda dərhal təklif gəldi ki, gəlin o mağazanı birlikdə “Asus Brand Store” edək. Açılışla bağlı bütün proseslərə elə orada start verilmişdir”,- Zülfüqar Babayev bildirib.
“Asus Brand Store”un 3 yaşı münasibətilə hazırlanmış çarxda “Aztech” şirkətidə Marketinq şöbəsinin baş meneceri Gülnar İsmayılova qeyd edib ki, mağaza üçün qarşıya qoyulan 3 illik hədəflərə 1 ildə çatılıb: “Hətta nəticələr o qədər gözlənilməz idi ki, bu yaxınlarda mağazada 10 mininci çeki vurduq. 10 mininci müştərini uğurlamaq çox xoş bir hiss idi”.
Videonu izləyərək daha ətraflı maraqlı məlumatlar öyrənə bilərsiniz.