Eksklüziv distribyutordan eksklüziv modellər!

Eksklüziv distribyutordan eksklüziv modellər!

Ölkədə əsas kompüter idxalçılarından biri olan Aztech şirkətinin təşkilatçılığı ilə 30 aprel 2025-ci il tarixində paytaxtın gözəl məkanlarından biri olan Hilton Baku oteli, Sky Grill restoranında “Eksklüziv distribyutordan Eksklüziv modellər” adlı yeni RTX 5000 seriyalı noutbukların rəsmi TƏQDİMATI keçirildi. Tədbirdə yeni nəsil NVIDIA GEFORCE RTX 5000 Seriyalı videokartlar ilə təchiz olunmuş yeni 2025-ci ilin istehsalı olan ultra portativ oyun noutbukları, masaüstü kompüterlər və monitorlar rəsmi olaraq təqdim olunurdu.

Hazırda ölkəmizdə RTX 5080, RTX 5090, RTX 5070Ti və RTX 5070 kimi videokartların eksklüziv distribyutoru məhz AZTECH şirkətidir. Baxmayaraq ki, RTX 5000 seriyalı videokartları ilə təchiz olunmuş oyun noutbukları hələ mart ayının əvvəllərindən rəsmi olaraq satışa çıxarılıb, amma belə geniş çeşiddə İLK dəfə idi ki rəsmi təqdim olunurdular. Yeni 50ci seriyalı ASUS ROG STRİX SCAR, ROG ZEPHYRUS kimi noutbuklar, ROG G700 oyun kompüterləri nəinki peşəkar gamerlər və oyun həvəskarları, eləcə də peşəkar istifadəçilər, yaradıcı insanlar üçün yüksək performans, əməliyyatlarda tezlik, daha sürətli emal etmə kimi üstünlüklər vəd edir, yüngül çəkili olması, üstün soyutma sistemi, süni intellekt dəstəyi və yüksək FPS performansı ilə diqqətləri öz üzərinə çəkir.

Klassik musiqinin müşayiəti altında keçirilən tədbirdə şəhərin müxtəlif texnoloji mağazalarının və şəbəkələrinin rəhbər və məsul şəxsləri qonaq qismində iştirak edirdilər. İstifadəçilər və oyun həvəskarları isə 28 May küçəsi 15 ünvanında yerləşən rəsmi ASUS mağazamızda və ya saytdan keçid edərək yeni modellerlə daha yaxından tanış ola bilərlər.

Oxşar məqalələr