LENOVO LOQ Gaming noutbukları ilk dəfə SATIŞDA!

LENOVO LOQ Gaming noutbukları ilk dəfə SATIŞDA!

LENOVO LOQ Gaming noutbukları

Peşəkar gamerlər üçün nəzərdə tutulmuş LENOVO LOQ oyun noutbukları 15” və 16” ekran olmaqla, AMD Ryzen 7000 seriyalı üstün performanslı H prosessorlarla və yeni NVIDIA GEFORCE RTX 4050, 4060 videokartla təchiz edilmişdir. 165Hz yeniləmə tezliyi, 100% sRGB rəng qamması, Nvidia G-Sync dəstəyi, SteelSeries-dən olan xüsusi Nahimic Audio sistemi, MIL-STD-810H hərbi dözümlülük sertifikatının olması onun üstünlüklərindəndir.  Sürətli şarj noutbuku cəmi 30 dəqiqə ərzində 70%-ə qədər enerji toplamağa kömək edə bilər. Öz sinfində olan digər oyun noutbukları ilə müqayisədə, LOQ oyun noutbukları daha səssiz işləyirlər. Bu seriyada əsas özəlliklərdən olan “PureSight” displeyi ekrandakı məzmundan asılı olaraq avtomatik olaraq 100% sRGB, 100% P3 və 100% Adobe RGB arasında dəyişir. Məhz bu özəlliklər LOQ noutbuklarını qrafik dizaynerlər, videoqraflar və digər yaradıcı peşəkarlar üçün ideal seçim edir. 

LENOVO brendi avqustun 1-də dünyada rəsmi təqdimatını etdiyi bu noutbuklar 3 fərqli konfiqurasiya ilə avqust ayının 7-də Bakıda tərəfimizdən satışa çıxarılmışdır. Ümid edirik ki, LENOVO brendinin bu yeni gaming seriyası da gamerlər tərəfindən seviləcəkdir.

Digər məqalələr

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə qeyd olunub