Yeni EKO ÇANTALARIMIZ təqdim edildi!

Yeni EKO ÇANTALARIMIZ təqdim edildi!

Yeni ekoloji noutbuk çantalarımız

Daha bir yeniliyə imza ataraq, AZTECH şirkəti ilk dəfə olaraq bazarda yenilikçi dizaynı, keyfiyyəti ilə fərqlənən eko çantaları təqdim etdi.

Bildiyiniz kimi, Nazirlər Kabinetinin 02.02.2021-ci il tarixli Qərarı ilə Azərbaycanda polietilen torbalar ayrıca məhsul növü kimi təqdim olunmalıdırlar və qalınlığı 15 mikrona qədər olan polietilent paketlərin istifadəsi qadağan edilmişdir. AZTECH şirkəti daima müştəri məmnuniyyəti istiqamətində mağazadan müxtəlif kampaniyalar, lotoreyalar keçirir və fərqli hədiyyələr ilə daima müştəriləri sevindirir. Bu tendensiyanın davamı kimi müştərilərimiz üçün yeni eko çantalar sifariş edildi. Yeni eko çantaları dünyada çanta istehsalında ixtisaslaşmış şirkətlərdən biri AZTECH şirkətinin xüsusi sifarişi əsasında hazırlamışdır. Yeni çantalar möhkəm, davamlı olmaqla 12 kq-a qədər yük tutma qabiliyyətinə malikdir və rahat istifadə üçün 2 qulpludur. Çantaların dizaynı, eləcə də rəngi çox fərqli və orijinaldır, üzərində müştərilərin əhval-ruhiyyəsini qaldıracaq müxtəlif stikerlər əks olunub. Bu çantalar gündəlik həyatımızda, məişətdə, bazarda, piknik, idman və s. sahələrdə rahatlıqla istifadə oluna bilər. Ən əsası, yeni eko çantalar mağazadan alış zamanı müştərilərimizə təmənnasız olaraq veriləcəkdir. Yeni çantalar ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış, tullantıları və ətraf mühitə mənfi təsirləri azaltmağa kömək edir.

Aztech ekoloji çantalar

Digər məqalələr

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə qeyd olunub