ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

11 İyun 2023-cü il tarixində Bakı İdman Sarayında Game Summit adlı böyük bir tədbir keçiriləcəkdir. Game Summit video oyunları, pop mədəniyyəti, komiks və digər oxşar maraqların fanatlarını bir araya toplamaq və cosplay, oyun və həm onlayn, həm də oflayn formatda keçiriləcək digər əyləncələr vasitəsilə birlikdə oyun həvəsindən zövq almaq üçün bir araya gətirir. Game Summit-də bu sahəylə bağlı ən son məhsullar nümayiş ediləcək, məqsəd yeni sənətkarları dəstəkləmək və sənayenin inkişafına kömək etməkdir.
Biz də bu əhəmiyyətli tədbirdə iştirak edəcəyik və bütün izləyicilərimizi öz stendimizə dəvət edirik. Stendimizdə ASUS, LENOVO və MSI kimi ən yeni model oyun noutbukları və personal kompüterlər nümayiş olunacaqlar. Ziyarətçilər bizim noutbuklarda oyunlar oynaya, müxtəlif proqramları elə yerindəcə sınaya biləcəklər. İlk dəfə baş tutacaq bu maraqlı tədbirdə hər birinizi gözləyirik.
Ətraflı məlumat üçün www.gamesummit.ai səhifəsini ziyarət edə bilərsiniz.