ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

“ASUS Brand Store – 3 yaş” lotereyanın qalibləri hədiyyələrlə təltif olundu.
Xatırladaq ki, 10.02.2023-cü il tarixində 28 May küç.15 ünvanında yerləşən mağazamızda ASUS Brand Store-un 3 yaşı münasibəti ilə 12.11.2022-31.01.2023 tarixlərində keçirilən lotereyanın 12 şanslı qalibi seçildi.
14.02.2023-cü il tarixində şəhərimizin ən gözəl və fərqli mağazalarından olan ASUS Brand Store-da lotereyanın qaliblərinə hədiyyələri təqdim edildi. Şirkət nümayəndələrinin də iştirak etdiyi təltif etmə mərasimində qaliblərin sevinci, rəhbərliyin təbrik çıxışları, komandamızın həyəcanı çox səmimi, isti atmosfer yaratmışdı. Qaliblərimizin yerindəcə fikirlərini alaraq, onların sevincini bölüşdük, bütün qaliblərlə birlikdə xatirə şəkili çəkdirdik.
ASUS Brand Store ailəsi olaraq, müştərilərimizi məmnun etmək, hər ailəyə sevinc bəxş etmək əsas məqsədimizdir.

