AZTECH komandası “Computex 2024” sərgisində!

  • Home
  • News
  • AZTECH komandası “Computex 2024” sərgisində!

AZTECH komandası “Computex 2024” sərgisində!

Texnologiya sahəsində dünyada ən böyük sərgilərdən biri olan, “Computex 2024” 03.06.2024-cü il tarixində Tayvanın Taypey şəhərindəki Nanqanq sərgi mərkəzində baş tutdu. ABŞ, Yaponiya, Koreya, Çin, Tayland kimi ölkələrdən olan İT istehsalçılar sərgidə təmsil olunurlar. 5 gün davam edəcək sərgidə dünyanın müxtəlif yerlərindən 50.000-dən çox ziyarətçinin iştirakı nəzərdə tutulub. 

COMPUTEX 2024 sərgisində ən qabaqcıl Süni İntellekt dəstəkli yeni Snapdragon prosessorlu noutbuklar rəsmi olaraq ilk dəfə təqdim olunurlar. Yeni modellərin gündəlik həyatımızı, fəaliyyətimizi və iş yükünü nə dərəcədə effektiv tənzimləməsi, həyatımıza necə rahatlıq gətirməsi gündəmin əsas mövzularıdır.

Sərgidə əsasən ASUS, MSI, NVIDIA, Google, Synopsys kimi bir çox şirkətlərin süni intellekt dəstəkli yeni nəsil noutbuk, çip, bulud xidmətləri və digər innovativ texnologiyalar təqdim edilir. Sərgiyə maraq olduqca böyükdür. Bu möhtəşəm sərgidə bu il AZTECH komandası olaraq biz də iştirak edirik. Sərgidən maraqlı və yeni modelləri, eləcə də ən son yenilikləri izləyicilərimizlə bölüşəcəyik. Sosial şəbəkələrdən bizi daha yaxından izləməyə davam edin!

Digər məqalələr

Şərhlər bağlıdır