ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

İşğaldan azad edilmiş Qarabağda 31 il sonra Laçında bu ilin sentyabr ayında ilk zəng çalındı və 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verildi. İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərində bizim də payımız olsun deyə, 2 saylı orta məktəbin kompüter otağını AZTECH şirkəti kompüter avadanlığı ilə təmannasız olaraq tam şəkildə təchiz etdi. Belə ki, LENOVO brendinə məxsus yeni nəsil 30 ədəd noutbuk Laçındakı məktəbə 01.11.2023-cü il tarixində hədiyyə edildi.
İşğaldan azad olunmuş torpaqlarda bu AZTECH şirkətinin sosial-məsuliyyət yönümlü ilk layihəsidir, davamı mütləq olacaqdır. Ümid edirik ki, nəinki Laçında, işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə digər yeni tədris ocaqları, mədəniyyət və gənclər mərkəzləri istifadəyə veriləcək. Doğma torpaqlarımızda daima sülh və firəvanlıq bərqərar olacaqdır!
