ASUS V470 – Ofis və Ev işləri üçün Güclü MonoBlok
ASUS brendinə məxsus minimalist dizayn, güclü performansın birləşdiyi ASUS V470 All-in-One PC modeli hal-hazırda satışdadır. Zərif dizaynlı 27 düymlük Full HD IPS ekranı, 100Hz ekran

24.12.2024-cü il tarixində şirkətimizin nümayəndələri Talassemiya Mərkəzində müalicə alan uşaqları ziyarət ediblər. Şirkət tərəfindən müalicə alan uşaqlar üçün Mərkəzə portativ MSI CLAW oyun konsolları hədiyyə olaraq təqdim olundu. Məqsəd video oyunlar oynayaraq, müalicə alan uşaqların ətraf mühitdən və doğmalarından təcridin fəsadlarını minimallaşdırmaq, uşaqları darıxmağa qoymamaq, müalicə zamanı ağrı və həyəcanı azaltmağa kömək etməkdir.
Dünyada aparılan tibbi araşdırmalarda, müxtəlif universitetlərin, pediatriya jurnallarının məqalələrində video oyunların müalicə zamanı ağrı və həyəcanı azaltmağa faydası barədə bugünədək xeyli nəşrlər olmuşdur. Həmin nəşrlərdə bildirilirdi ki, video oyunlar nəinki stressi azaltmağa kömək edir, eləcə də uşaqların müalicəsi zamanı ağrını azaldır, onları darıxmağa qoymur, tibbi prosedurlardan öncəki stresi minimallaşdırır, qısası oyun terapiyası xarakteri daşıyır.
Uşaqlara Allahdan şəfa diləyirik!

